kanal1

Sakinlər icra hakimiyyətinə ŞİKAYƏT ETSƏLƏR DƏ... - NARAZILIQ!

Tarix:7-07-2021, 10:43
Baxış Sayı:4

Sakinlər icra hakimiyyətinə ŞİKAYƏT ETSƏLƏR DƏ... - NARAZILIQ!

“Bakıda küçə işıqlandırılması hələ də lazımi səviyyədə deyil. Şəhərin mərkəzi təbii ki, işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir. Gecə saatlarında küçə sürücülər və piyadalar üçün təhlükəli olur”.

Yasamal rayonu Əsəd Əhmədov küçəsinin sakinləri belə deyir.

Bildirirlər ki, ərazidəki Bravo Marketdən yuxarı Lökbatan yoluna qədər yeni dirəklər quraşdırılsa da, işıqlandırılmadan istifadə olunmur: “5 ildən artıqdır ki, küçə axşam saatları düşdükdə zülmət qaranlıq içində olur. Piyadalar qaranlıqda yolu keçərkən çox vaxt sürücülər onları seçməkdə çətinlik çəkir, hətta piyada keçidi zolağı və işarəsi yetəri qədər işıqlandırılmayıb. Ətrafdakı obyektlərin işıqları küçənin işıqlandırılmasına yetərli deyil. Qeyd edim ki, bu yol əsas ana yoldur. Günün istənilən vaxtı gecə saat 12-də belə orada tıxac olur”.
Sakinlər icra hakimiyyətinə ŞİKAYƏT ETSƏLƏR DƏ... - NARAZILIQ!

Sakinlə bildirirlər ki, bu yol Sədərək, Binə, Lökbatana gedən əsas ana yol ilə kəsişir.

Bu ərazidə əhali çox sıx məskunlaşmışdır. Maşınların və insanların sıxlığı hər an hər iki tərəfi qarşılıqlı təhlükə altına salır.

Küçənin sakinləri bununla bağlı dəfələrlə Yasamal Rayon Küçə İşıqları İdarəsi, Bakı Şəhər Küçə İşıqları İdarəsi, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Abadlıq İdarəsinə müraciət ediblər, ancaq nəticəsi olmayıb:

"Dəfələrlə məlumatları qeyd edirmiş kimi göstərib, bizi yola salıblar. Bakı Şəhər Abadlıq İdarəsinin heç bir nömrəsinə zəng çatmadığı üçün əlaqə saxlamaq mümkün olmayıb. Bakı Şəhər İcra Hakimiyyəti bu məsələ ilə Bakı Şəhər Küçə İşıqları və Yasamal Rayon Küçə İşıqları İdarəsinin tabeçiliyi altında olduğunu qeyd etsə də, bu qurumlar məlumatı təkzib edərək məsuliyyəti Abadlıq İdarəsinin üzərinə atıblar".

Meydan TV-nin Bakı Şəhər İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Yasamal Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, problem araşdıracaqlar.

Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?