kanal1

“Milliön”ü kütləvi BOYKOT BAŞLADI... - aparat donur, aldadır, işləmir...

Tarix:7-07-2021, 10:22
Baxış Sayı:2

“Milliön”ü kütləvi BOYKOT BAŞLADI... - aparat donur, aldadır, işləmir...

Son illərin ən bərbad ödəmə terminalı “Milliön” xidmətidir desək yanılmarıq. Rubrika.Az məlumat verir ki, bu şirkətin aparatları pul “udmaq”da yetərincə bacarıqlıdır. Ona görə “Milliön” etibarlılığını itirməkdədir və keyfiyyətli xidmət göstərmir.

Müştərilərin əsas narazılığı bu aparatların tez-tez donmasından, bir sıra xidmət sahələrinin bu terminalda olmamasından olur. Eyni zamanda bir sıra marketlərdə “Milliön” aparatlarının monitorunun sönük olduğunu, işləmədiyini görmək olar. Ona görə müştərilər digər ödəmə terminallarına üstünlük verirlər.
Əsas problemlərdən başlıcası ödəmə aparatlarının nasaz olması, donması, pulun yüklənməsində yaranan problemlərdir. Əslində kütləvi şəkildə “Milliön”dən imtina olunmaqdadır.
Bir sıra hallarda ya aparat ödənişi götürmür, ya pulu dəyişməli olursan, ya yüklənmir və təzədən “Milliön” qaynar xəttinə müraciət etməyə məcbur qalırsan. Bu da işini operativ görmək istəyən, vaxt itirmək istəməyən vətəndaşların zamanını alır.
Ümumiyyətlə, bu aparatların əksəriyyəti artıq öz istismar müddətini başa vurub. Son olaraq “Azərişıq”ın qeyri-əhali ödənişlərinə görə “Milliön” tərəfindən əlavə 1 manat tutulmasına başlanması da həm narazılıq yaradıb, həm də bu terminala olan münasibəti dəyişib.
Daha çox avtobus dayanacaqlarında yerləşdirilən adıçəkilən ödəmə sisteminin monitor aparatlarının texniki problemlər üzündən tez-tez xarab olması, onların əksəriyyətinin düymələrinin işləməməsi, bu sistemdən balanslara pul yükləmənin mümkünsüzlüyü, ödəmələrə dair həmin aparatların qəbz verməməsi, həmçinin bu terminallardakı probmlemlər barədə qaynar xəttə edilən zənglərə vaxtında reaksiya verilməməsi və yaranmış nasazlıqların gün ərzində aradan qaldırılmaması narazılıqların əsas səbəbidir.
Problemi yalnız bununla bitməyən “KOMTEC” LTD MMC-yə məxsus bu terminalların paytaxtda belə acınacaqlı və dözülməz duruma düşməsi ilk dəfə deyil. Bakı sakinləri və şəhərin qonaqları "MilliÖn" aparatlarının tez-tez xarab olmasına, sutkalarla nasaz vəziyyətdə qalmasına dəfələrlə şahidlik ediblər.
Hər dəfə məlum olub ki, bu problem və nasazlıqların çoxluğu, onları aradan qaldırmağa borclu olan qurumun tam məsuliyyətsizliyi ucbatından yaranır. Aparatların xarab olması barədə vətəndaşlar dəfələrlə zəng edib, aidiyyatı qurumun mərkəzi sisteminə məlumat versələr də, bunların müsbət hansısa nəticəsi olmayıb.
Əslində isə, hər hansı texniki nasazlıqları olan "MilliÖn" aparatlarını, onların məxsus olduğu şirkətin özü vaxtında müəyyən etməli, işləməyən terminallar barədə daxil olan məlumatlar əsasında göstərilən ünvanlara texniki əməkdaşları yola düşməli və yaranan problemləri dərhal aradan qaldırmağa çalışmalıdırlar.
Vətəndaşlar *0010 çağrı mərkəzinə etdikləri şikayət xarakterli zənglərə operatorlar da həmişə məsuliyyətdən yayınmaqla cavab verməyə çalışırlar. Deyirlər ki, guya, bu aparatların işləməməsi səbəblərinin araşdırılması onların qurumlarının tabeliyində deyil.
Beləcə, onlar həmin qurğulara nəzarətin başqa şirkətlər tərəfindən aparıldığını deməklə, şikayətçiləri çaşdırmağa çalışırlar. İnternet resurslarında bu xidmətdən ayr-ayrı vətəndaşların kifayət qədər şikayətlərinə də rast gəlmək olar.
Onlar əsasən aparatların pulu udmasından, qəbzi verməməsindən, pullarının batmasından narazılıq edirlər. Belə hallar tez-tez təkrarlanır. Bu da “Milliön”ə inamsızlıq yaradır.
Şirkət müştərilərini itirməklə bazarda rəqabətdə uduzur, digər xidmətlərə yeni imkan yaranır. Heç kim istəməz ki, ödənişi baş tutmasın, pulu batsın, ona görə daha etibarlı terminaldan istifadə edir.
Paytaxt sakinləri ilə söhbətimiz zamanı da hansı xidmətə daha çox üstünlük verdiklərini aydınlaşdırdıq. Sorğumuzu cavablandıran respondentlərin arasında “Milliön”dən narazı qalanlar daha çox idi.
Onların sözlərinə görə, şirkətin xidmətinə etibar qalmayıb, çünki bir neçə dəfə fırıldaqla, pulun yeyilməsi ilə üzləşiblər. Bundan əlavə, dayanacaqlarda, marketlərdə tez-tez aparatların işləmədiyini görürlər. Ya donur, xidmət göstərmir, ya pulu götürmür, yəni aparatların əksəriyyəti vaxtını bitirib.
Bu məsələlərlə bağlı şirkətin mövqeyini dərc etməyə, yaranmış problemlərin nədən qaynaqlandığını onların öz dilindən eşitməyə hazırıq.
Rubrika.Az

Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?