kanal1

Cəlilabadda sular durulmaq bilmir ki, bilmir... - NARAZILIQ!

Tarix:7-07-2021, 08:53
Baxış Sayı:3

Cəlilabadda sular durulmaq bilmir ki, bilmir... - NARAZILIQ!

Çox yox, bir neçə ay əvvəl Dövlət Təhlükəsizliyi Xidməti Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirdi və icra başçısı Namiq Zeynalov həbs edildi.
O, Cinayət Məcəlləsinin 179.2.2, (mənimsəmə və ya israf etmə təkrar törədildikdə), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək, barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçildi.
Elə bilirsiniz bu olay, Cəlilabaddakı digər məmurlara ibrət oldu. Əsla. Yenə rüşvət, qanunsuzluq Cəlilabadda tüğyan edir.
Görəsən, Cəlilabad RİH-nin başçısı səlahiyyətlərini icra edən Mansur Məmmədov “gözü çıxan qardaşından” nəticə çıxarmadı ?
Cəlilabad sakinlərinin ''Gündəlik Bakı''-ya verdiyi xəbərə görə, rayonda qanunsuzluqlar baş alıb gedir.
Cəlilabadda günün günorta çağı camaatın evini, torpağını, qanuni mülkiyyətini əlindən alırlar.
Təsəvvür edin ki, kiminsə qapısı 2 gün bağlı olsa, işığı yanmasa, yaxud harasa 3-4 günlüyə qonaq gedibsə, qoçu dəstəsi qapını sındırır, evə başqasını köçürüb, evi zəbt edirlər.
Məsələ bununla bitmir. Bu qoçu dəstəsi pullu şahidlər tapır, notariusa pul verib saxta sənəd düzəltdirir, hətta məhkəmə “tamaşası” da qururlar. Yəni ələ keçirilən torpağı, evi, əmlakı kiminsə adına guya qanuniləşdirirlər.
Bütün bunlar rayonun icra başçısı əvəzi Mansur Məmmədovun gözü qarşısında baş verir. Rayonun rəhbəri olan şəxs ağzına su alıb susur.
Bu işdə ən çox rol oynayanlardan biri də Cəlilabad rayonu 1 saylı Dövlət Notariat Kontorunun xüsusu notariusu Lətif Fərəcovdur.
Əsas rollardan birini, “pulunu ver haqqını al” deyən, Cəlilabad rayon məhkəməsinin sədri Vüsal Cəbrayılov oynayır.
Bu adam başa düşmür ki, o, dövlətin adından qərar verir və vətəndaşları dövlətdən narazı salır.
Yəni vətəndaşın evinin, torpağının zəbt olunması ilə bağlı qərarı məhkəmə sədri Vüsal Cəbrayılov verir.
Digər vacib rolda Cəlilabad RİH başçısının Cəlilabad şəhəri üzrə nümayəndəsi Mirməhəmməd Kazımovdur.
Mirməhəmməd seyid ailəsindən olsa da, oğurluğa, haqsızlığa haqq qazandırır. Yeri gəlmişkən, Mirməhəmməd özü haqqında mətbuatda xeyli bəy tərifi yazdırıb.
Digər vacib rol sahibi Cəlilabad şəhər bələdiyyəsinin sədri İlham Babayevdir.
Başqasını torpağını zəbt edənlərdən biri də Cəlilabadda “Qoşa nağaraçalan” ləqəbli Vidadidir. O, başqasının torpağını zəbt edərək, yerində Mebel salonu tikdirib.
Bir sözlə, Cəlilabadda, nağaraçalan ölkə qanunlarından üstün sayılır.
Görəsən, yuxarıda sadaladığımız qurumların yuxarıdakı böyükləri, baş bilənləri bu barədə nə düşünür ?
Deyəsən, DTX Cəlilabadda yenidən əməliyyat keçirməli olacaq.

Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?