kanal1

FHN-dən güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ

Tarix:5-07-2021, 17:45
Baxış Sayı:8

FHN-dən güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirliyin müraciətində deyilir:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 7-dək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında arabir güclü küləyin əsəcəyi proqnozlaşdırılır.

Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı və müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.

Xüsusilə, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.

Həmçinin, güclü külək zamanı, xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir”.

Fərqli rayonlar, fərqli obyektlər, eyni icarə haqqı – Agentlikdən qəribə satınalma
Fərqli rayonlar, fərqli obyektlər, eyni icarə haqqı – Agentlikdən qəribə satınalma
AQTA xəstə və bakteriyalı ətləri ölkəyə necə buraxır? - HƏQİQƏTƏN DƏ...
AQTA xəstə və bakteriyalı ətləri ölkəyə necə buraxır? - HƏQİQƏTƏN DƏ...
Yasamal rayonu böyük təhlükədə: “FHN niyə susur?” - FOTOLAR
Yasamal rayonu böyük təhlükədə: “FHN niyə susur?” - FOTOLAR
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Xınalıqdakı qəzalı evlərin bərpasına ayrılan milyonlar araşdırılsa Fuad Nağıyevi nələr gözləyir -DETALLAR
Xınalıqdakı qəzalı evlərin bərpasına ayrılan milyonlar araşdırılsa Fuad Nağıyevi nələr gözləyir -DETALLAR
Azərbaycanda yeni informasiya sistemi yaradılır
Azərbaycanda yeni informasiya sistemi yaradılır
Nazir onu vəzifəyə təyin etdi
Nazir onu vəzifəyə təyin etdi
Saxta kosmetoloq qadını bu kökə saldı – FOTO/VİDEO
Saxta kosmetoloq qadını bu kökə saldı – FOTO/VİDEO