kanal1

Nazir İnam Kərimova daha İNAM qalmayıb...

Tarix:5-07-2021, 09:47
Baxış Sayı:11

Nazir İnam Kərimova daha İNAM qalmayıb...


Qeyri-peşəkar nazir dost-tanışı olan tarix, coğrafiya müəllimlərini, politoloqları nazirliyə doldurub

Məlumdur ki, dünya bazarında neftin qiyməti siyasi səbəblərdən gah kəllə-çarxa qalxır, gah da sudan ucuz olur. Ona görə də ölkə rəhbərliyi haqlı olaraq qeyri-neft sektorunu gücləndirmək qərarı verdi.
Hətta Prezident İlham Əliyev neft erasının artıq bitdiyini bəyan edərək, yeni iqtisadi mərhələyə - aqrar sektorun inkişafına keçidin zəruriliyini xüsusi olaraq qeyd edib.
Və sonuncu prezident seçkilərindən sonra ciddi kadr islahatları həyata keçirərək, gənc kadrlara etimad göstərildi.
Belə kadrlardan biri də Kənd Təsərrüfatı Naziri İnam Kərimovdur.
Hamı düşünürdü ki, şərabçı nazir İsmət Abasovdan, mühasib nazir Heydər Əsədovdan sonra İnam Kərimov ciddi islahatlar edəcək, aqrar sektor inkişaf edəcək.
Təəssəf ki, belə olmadı.
Gənc nazir İnam Kərimov nazirlikdə olub-qalan təcrübəli, peşəkar kadrları da işdən uzaqlaşdırıb, özü kimi qeyri-peşəkar olan tarix, coğrafiya müəllimləri, politoloqları nazirliyə doldurdu. Bir soruşan yoxdur ki, ay adam, Kənd Təsərüfatı Nazirliyi hara, tarix müəllimi, politoloq hara ?
Bu gün demək olar ki, KTN-də çox az sayda peşəkar kadrlar qalıb.
Ən dəhşətlisi odur ki, İnam Kərimov bu boyda nazirliyə, yəni dövlət qulluğuna imtahan yolu ilə deyil, tanışlıq, dostluq əsasında işə qəbul edir. Axı, dövlət qulluğuna qəbul üçün mütləq imtahan mərkəzindən keçməlisən.
İnam Kərimov digər kadrları da ASAN Xidmətdən gətirib.
Daha dəhşətlisi odur ki, nazirlikdə əvvəlki qaydada rüşvət və korrupsiya davam edir. Hətta daha güclü. Daha bunun harası oldu islahat.
Bir məsələni xüsusi olaraq qeyd etmək lazımdır.
Dahi şairimiz demişkən,

Bizdən qabaqdadır avropalılar,
İşi iş bilənə tapşırır onlar.

Bəli, İnam Kərimov qeyri-peşəkardır, diletantdır, aqrar sahədən anlayışı yoxdur. Ən böyük problem budur.

İndi təsəvvür edin, Qarabağ azad olunub, rayonlarımızda tikinti işləri gedir. Sabah 100 minlərlə insanlar öz yurdlarına dönəcək. Həmən ərazilərdə qaz, neft yoxdur, zavodlar işləmir, ancaq aqrar sektor inkişaf edə bilər.
İndi özünüz deyin, İnam Kərimovla azad olunmuş ərazilərdə aqrar sahəni inkişaf etdirmək olar ? Əlbəttə, yox.
İnam Kərimov, qucağına quzu alıb poz verməklə, ayağına sapoq geyməklə aqrar sahə inkişaf edə bilməz.
Sən özünü az qala ölkədə yeganə qalstuksuz, yəni quru rəsmiyyətdən uzaq nazir kimi qələmə verirsən.
Cənab nazir ! İstəyirsən qalstuk taxma, istəyirsən, yayda palto, qışda mayka gey..özün bilərsən.
Cəmiyyətin bildiyi odur ki, səndən Kənd Təsərrüfatı naziri olmaz. Sən heyvandarlıq şöbəsinə mühəndisi, özü də müsabiqədən kənar işə götürürsən.
İndi özün de, sənə Zəngilanı, Füzulini, Şuşanı, Laçını etibar etmək olar ?
Cənab İnam Kərimov !
Cənab Prezident sizə etimad göstərdi. Etimadınn kökündə İNAM dayanır. Sən sənə olan İNAM-ı itirmisən. Nə qədər gec-deyil, şələ-şüləni yığışdır get başqa işə. Gundelik-baku.com

Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?