kanal1

Qaz limiti necə hesablanacaq? - VİDEO

Tarix:3-07-2021, 23:47
Baxış Sayı:26

Qaz limiti necə hesablanacaq? - VİDEO

Məlum olduğu kimi iyulun 1-dən etibarən Tarif Şurasının qərarı ilə qaz limiti yeni tariflə hesablanır. Bəs smart karta qərarın qüvvəyə mindiyi gündən əvvəl yüklənən vəsaitlərin aqibəti necə olacaq?

Xezerxeber.az-ın məlumatına görə, qaz limiti ilə bağlı edilən dəyişiklik bəzi vətəndaşlar arasında çaşqınlıq yaradıb.

"Azəriqaz" İstehsalat Birliyinin şöbə müdiri Ceyhun Səfərov "Xəzər Xəbər"ə bildirdi ki, artıq bu ayın 1-dən etibarən smart karta yüklənən vəsaitlər yeni tarifə əsasən hesablanır.

Qurum rəsmisi qərarın qüvvəyə mindiyi gündən əvvəl smarta karta köçürülən vəsaitlərlə bağlı duruma da aydınlıq gətirib. O deyib ki, iyulun 1-dən əvvəl karta yüklənən vəsait əvvəlki tariflə hesablanacaq.

Ceyhun Səfərov mexaniki sayğaclarda limitin yeni tariflə hesablanacağı vaxtı da açıqlayıb.

Qeyd edək ki, Tarif Şurasının qərarı ilə güzəştlə qaz limiti 2200 kubmetrdən 1200 kubmetrə endirilib. İllik qaz istehlakı 1200 kubmetrdən çox olan abonentlər 1 kubmetr üçün 20 qəpik, 2500 kubmetrdən çox olanlar isə 25 qəpik ödəyəcəklər.

Əvvəl evini yandırdı, sonra özünə xəsarət yetirdi
Əvvəl evini yandırdı, sonra özünə xəsarət yetirdi
Naxçıvan xəstəxanalarında başlı başını saxla prisipi... - Ali Məclis isə susur
Naxçıvan xəstəxanalarında başlı başını saxla prisipi... - Ali Məclis isə susur
Siyəzəndə “zəhərli yem” FACİƏSİ: 100 minlik ziyan, saxta sənədlər, vergidən yayınma – AQTA məsuliyyəti niyə BOYNUNDAN ATIR?
Siyəzəndə “zəhərli yem” FACİƏSİ: 100 minlik ziyan, saxta sənədlər, vergidən yayınma – AQTA məsuliyyəti niyə BOYNUNDAN ATIR?
Ərdoğan Pezeşkianla telefonla danışdı
Ərdoğan Pezeşkianla telefonla danışdı
Qanunsuz dini yığıncaq keçirən 3 əcnəbi Azərbaycandan çıxarıldı
Qanunsuz dini yığıncaq keçirən 3 əcnəbi Azərbaycandan çıxarıldı
BU NƏDİ BELƏ: PKK simpatizanı Kəlbəcərin quruculuğunda... - ŞOK FAKTLAR...
BU NƏDİ BELƏ: PKK simpatizanı Kəlbəcərin quruculuğunda... - ŞOK FAKTLAR...
1 manata şansını sına…..-“Azərlotereya” insanları necə aldadır?
1 manata şansını sına…..-“Azərlotereya” insanları necə aldadır?
“Məlhəm” Hospitalının həkimi Günel Qənbərova gigiyenik qaydaları niyə riayət etmir?-Video
“Məlhəm” Hospitalının həkimi Günel Qənbərova gigiyenik qaydaları niyə riayət etmir?-Video