kanal1

Türkiyə ilə valyuta sazişi: Azərbaycan bu yolla dəstək verəcək - GƏLİŞMƏ

Tarix:25-06-2021, 18:05
Baxış Sayı:10

Türkiyə ilə valyuta sazişi: Azərbaycan bu yolla dəstək verəcək - GƏLİŞMƏ

Türkiyə bir sıra ölkələrlə valyuta mübadiləsi (svap - swap) təminatına dair danışıqlar aparır və bu sırada Azərbaycanla razılığa gəlmələri daha yaxın görünür.

“Reuters” xəbər verir ki, bu barədə 4 mənbə bildirib. Belə ki, ötən gün Türkiyə Mərkəzi Bankı prezidenti Səhəb Kavcıoğlu bank rəhbərlərilə görüşü zamanı dörd ölkə ilə danışıqlar apardıqlarını, bunlardan ikisilə “çox yaxşı nöqtədə” olduqlarını bildirib.

Bu ay Prezident Rəcəb Tayib Ərdoğan Çinlə valyuta mübadiləsi həcmini 2,4 milyard ABŞ dollardan 6 milyard ABŞ dollarınadək artırmaq barədə razılığa gəldiklərini açıqlamışdı. Adını açıqlamamaq şərtilə danışan mənbələr bir sıra ölkələrlə danışıqlar apardıqlarını bildiriblər.

O cümlədən, ən mötəbər mənbənin dediyinə görə, hazırda əsas danışıqlar Azərbaycan və Malayziya ilə aparılır. Başqa mənbə isə danışıqlar aparılan ölkələr arasında Azərbaycanın “saziş imzalanmağa ən yaxın” olduğunu qeyd edib: “Həm Türkiyə, həm də Azərbaycan bu sazış üçün müsbət yanaşma göstərir”.

Ötən il Türkiyənin valyuta ehtiyatlarının 75 % azalması tədiyyə balansında böhran yaranacağına dair şübhələrə səbəb olsa da, hökumət bunu təkzib edib.

Belə ki, 2019-2020-ci illərdə lirənin məzənnəsini saxlamaq üçün dövlət bankları 128 milyard ABŞ dollarlıq vəsait ayırmalı olub.

Türkiyə ilə Azərbaycan arasında valyuta mübadiləsi barədə saziş imzalanarsa, bu, hər iki ölkəyə nə verə bilər?

İqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya bildirib ki, burada söhbət svop razılaşmalardan gedir:

“Türkiyənin valyuta bazarlarında ciddi problem var. Türkiyə TL-si sürətlə dəyişdirilir. Bunun qarşılığında təklif olunacaq vayuta azalmaqdadır. Bazarda olan artıq TL kütləsi var və bunun xarici valyutalarla əvəzləndirilməsi zərurəti yaranır. Bir ay bundan əvvəl Çinlə də oxşar 250 milyard dollar dəyərində razılaşma oldu. Məqsəd həmin dəyərdə TL-nin Çin Mərkəzi Bankına verilməsi və əvəzində isə yuanın alınması idi. Bu, bir tərəfdən TL-nin dövriliyinə təsir göstərir.

Məsələn, müxtəlif ölkələrdə mərkəzi bankların yığımlarında TL yerini tapır, dönərliliyi, əlçatanlığı artır, həmin ölkələrdə istifadə olunma imkanları genişlənir. Digər tərəfdən isə əvəzində Türkiyəyə valyuta gəlir.

Azərbaycanla Türkiyənin ciddi iqtisadi əlaqələri var. Türkiyə Azərbaycanın əsas tərəfdaşlarından biridir və təxminən 5 milyard dollar ətrafında bir dövriyyə var.

Bu da Avropa, Rusiya, Pakistan kimi ölkələrlə müqayisədə Azərbaycan bu mənada nisbətən daha kiçik bir bazardır. Buna baxmayaraq, Azərbaycanla da müəyyən şərtlər daxilində svap bir razılaşmalar əldə oluna bilər. Bunun qarşılığında Mərkəzi Bank TL, Türkiyə tərəfi isə Azərbaycan manatı saxlayacaq. Bu, Azərbaycan üçün nəsə vəd etmir, çox da böyük imkan yaratmır. Ancaq nəzərə almaq lazımdır ki, hələ müharibə dövründə belə bir fikirlər səsləndirilirdi ki, Türkiyəyə kömək edək. Onların istehsal etdiyi məhsulları alaq, bu yolla Türkiyə bazarına valyuta daxil olsun. Türkiyə TL-nin ucuzlaşmasının qarşısı alınsın. Yəni məsələyə bu asbektdən baxanda, Azərbaycanın prosesdə iştirak etməsi, hansısa formada razılaşma əsasında Türkiyəyə müəyyən bir valyuta göndərməsi ölkəmizin dəstəyi rolunu oynaya bilər. Bu baxımdan müəyyən qədər əhəmiyyətlidir”.

Paytaxtın bu ərazisində qaz olmayacaq
Paytaxtın bu ərazisində qaz olmayacaq
Paytaxtın bu ərazisində qaz olmayacaq
Paytaxtın bu ərazisində qaz olmayacaq
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
İcra başçılarının “Dream Construction Company” sevgisi – Araşdırma
İcra başçılarının “Dream Construction Company” sevgisi – Araşdırma
Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında - Fotolar
Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında - Fotolar
Kobaxidze yenidən Gürcüstanın Baş naziri oldu
Kobaxidze yenidən Gürcüstanın Baş naziri oldu
Rauf Vəliyevin rəhbərlik etdiyi QSC barəsində cərimə qərarı çıxarıldı
Rauf Vəliyevin rəhbərlik etdiyi QSC barəsində cərimə qərarı çıxarıldı