kanal1

Baba Rzayevin şirkəti 800 minlik tenderin qalib oldu – “Azərişıq” həm də vergi borcu olan şirkətlə müqavilə bağlayıb

Tarix:22-06-2021, 13:01
Baxış Sayı:20

Baba Rzayevin şirkəti 800 minlik tenderin qalib oldu – “Azərişıq” həm də vergi borcu olan şirkətlə müqavilə bağlayıb

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) elan etdiyi iki tenderin qaliblərini açıqlayıb. REPORTYOR.info xəbər verir ki, 6/10/0,4 kV-luq xətlərində elektrik enerjisinin qəbul olunması, çevrilməsi və paylaşımı məqsədi ilə qurğuların satın alınması üzrə müsabiqənin qalibi “Energo” MMC olub. Qurum şirkətə 342 211.8 AZN ödəməlidir.
Sabit və dəyişən gərginliyi ölçən elektron cihazların və onların aksesuarlarının satın alınması üzrə tenderin qalibi isə “Electro Service” MMC olub. “Azərişıq” ASC ilə şirkət arasında imzalanan satınalma müqaviləsinin maliyyə dəyəri 879 903.76 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Energo” MMC 7 iyul 2020-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 40 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 19A, məhəllə 142, mənzil 82-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şıxıyev Rəşad İsa oğludur.
Açıq mənbələrdə “Energo” MMC və Rəşad Şıxıyev barəsində hər hansı məlumat yoxdur.
Araşdırmalarımız zamanı məlum olub ki, şirkətin hazırda 2558.09 AZN vergi borcu var.
Baba Rzayevin şirkəti 800 minlik tenderin qalib oldu – “Azərişıq” həm də vergi borcu olan şirkətlə müqavilə bağlayıb

“Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan edir. Həmçinin qanunun 6.2.1-ci maddəsində qeyd edilir ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması gərəkdir. Cəmi 1 ildir yaranan “Energo” MMC-nin bu tələblərə cavab verməsi inandırıcı görünmür.
“Elektro Service” QSC-yə gəlincə 8 oktyabr 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan QSC-nin hüquqi ünvanı , Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 187B-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Babayev Tural Əli oğludur.
Bu şirkət barəsində də açıq mənbələrdə məlumatlar məhduddur. Lakin mediada gedən və bu günə qədər təkzib olunmayan məlumatlarda qeyd edilir ki, “Elektro Service” QSC “Azərenerji”nin rəhbəri Baba Rzayevin nəzarətində olan şirkətdir. “Azərişıq” ASC-nin bu şirkəti maliyyə dəyəri 1 milyona yaxın olan tenderin qalibi elan etməsinin sirri bu ola bilər.

Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
“Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət
“Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət
Avronun dizaynı dəyişəcək
Avronun dizaynı dəyişəcək
Fransanın rəzil hesablaşma cəhdi - Əlcəzairə qarşı soyqırımı mənəvi terrorla əvəzlənib - ŞƏRH
Fransanın rəzil hesablaşma cəhdi - Əlcəzairə qarşı soyqırımı mənəvi terrorla əvəzlənib - ŞƏRH
Bəşər Əsədin əmisi oğlu həbs edildi
Bəşər Əsədin əmisi oğlu həbs edildi
Bu avtobus marşrutları “BakuBus”a verildi
Bu avtobus marşrutları “BakuBus”a verildi