kanal1

Vaqif Mustafayevin mülkləri müsadirə olunur? — Ciddi maliyyə pozuntuları aşkarlandı

Tarix:18-06-2021, 11:15
Baxış Sayı:11

Vaqif Mustafayevin mülkləri müsadirə olunur? — Ciddi maliyyə pozuntuları aşkarlandı

Hüquq-mühafizə orqanları tərəfindən aparılan yoxlamalar zamanı "Space" TV-nin sabiq rəhbəri Vaqif Mustafayevin fəaliyyəti dövrünə aid ciddi maliyyə
pozuntuları aşkarlanıb.

Bu barədə Demokrat.az-a mötəbər mənbədən məlumat daxil olub.

Məlumatlara görə, hazırda Vaqif Mustafayevin fəaliyyəti araşdırılır, əmlaklarının müsadirə olunması gözlənilir.

Araşdırma zamanı məlum olub ki, Vaqif Mustafayevin fəaliyyəti dövründə telekanalın dövlətə, həmçinin “Azərikosmos” ASC-yə külli miqdarda borcu yaranıb.

Eyni zamanda şirkətdə çalışmış işçilərin əməkhaqqları illərlə verilməyib, onların hüquqları kobud şəkildə tapdalanıb, bütün bunlar isə televiziyanın fəaliyyətində ciddi problemlərə və axsamalara səbəb olub.

Digər məlumata görə, "Space" TV-nin indiki rəhbərliyi bir neçə verilişlərin gələn həftədən dayandırılmasına qərar verib. Bəzi işçilər ödənişsiz olaraq məzuniyyətə göndəriləcək. Onlara bildirilib ki, Vaqif Mustafayevin qanunsuz yollarla əldə olunmuş əmlakı müsadirə olunaraq satıldıqdan sonra yaranmış borc vəsaitləri işçilərə geri ödəniləcək.

" Belə yüzlərlə xəstə uşaqları sağlamların yerinə göndərirlər..."
" Belə yüzlərlə xəstə uşaqları sağlamların yerinə göndərirlər..."
Bakıda söküntü işləri başladı – Ünvanlar
Bakıda söküntü işləri başladı – Ünvanlar
“Məni rahat burax, uğursuz bədbəxt...” - Arvadı Makrona
“Məni rahat burax, uğursuz bədbəxt...” - Arvadı Makrona
Azercell monopolist mövqeyi ilə bazarda rəqabət mühitinin olmasına imkan vermir.
Azercell monopolist mövqeyi ilə bazarda rəqabət mühitinin olmasına imkan vermir.
“Azərbaycan təhsili çıxılmaz bir labirintə salınıb” – Gimnaziyalara qəbulla bağlı qərar NİYƏ DƏYİŞDİRİLDİ?
“Azərbaycan təhsili çıxılmaz bir labirintə salınıb” – Gimnaziyalara qəbulla bağlı qərar NİYƏ DƏYİŞDİRİLDİ?
İsrail Qəzzada atəşkəslə bağlı ABŞ-dən təklif alıb - KİV
İsrail Qəzzada atəşkəslə bağlı ABŞ-dən təklif alıb - KİV
"Dəfələrlə Ağdaş Rayon Təhsil İdarəsinə müraciət etmişəm, AMMA..." - GİLEY
"Dəfələrlə Ağdaş Rayon Təhsil İdarəsinə müraciət etmişəm, AMMA..." - GİLEY
“Zeytun Pharma” firması və apteklər şəbəkəsi belə cəzalandırıldı
“Zeytun Pharma” firması və apteklər şəbəkəsi belə cəzalandırıldı