kanal1

Müxtəlif saytlarda barəmizdə çıxan saxta məlumatlara aydınlıq gətirmək qərarına gəlmişik.

Tarix:16-06-2021, 09:30
Baxış Sayı:21

Müxtəlif saytlarda barəmizdə çıxan saxta məlumatlara aydınlıq gətirmək qərarına gəlmişik.

İlk öncə bildirmək istəyirik ki, barəmizdə şikayət və böhtan xarakterli məlumatları paylaşan şəxslər Teymur Əhmədov adına “AZNAR” QSC-nin “Qrante-Trading” filialının keçmiş əməkdaşlarıdı. Həmin şəxslərin bir çoxu ilə əmək müqaviləsinin müddəti bitdikdən sonra digərlərilə isə öz ərizələri əsasında əmək müqavilələrinə xitam verilmişdir. Əmək müqavilələrinin xitam verilməsinə səbəb həmin filialın daxilində olan bəzi əməkdaşlar tərəfindən mənimsəmələrə yol verilməsi və həmçinin filial zərərlə fəaliyyət göstərilməsi olmuşdur. Hal-hazırda qeyd olunan filialda audit yoxlaması keçirilir və həmin yoxlamanın nəticəsi əsasında baş vermiş mənimsəmələr barədə hüquq-mühafizə orqanlarına tərəfimizdən müraciət ediləcəkdir.
Bundan başqa, əmək haqqlarının ödənilməməsinə dair bildirmək istəyirik ki, əməkdaşların əmək haqqlarının son haq-hesabları hissə-hissə həyata keçirilir.
Hər hansı qanun pozuntusu ilə fəaliyyətimizin həyata keçirilməsi iddiası tamamilə həqiqətlərə uyğun deyil. Belə ki, Dövlət Vergi Xidməti tərəfindən filialda yoxlama həyata keçirlmişdir və həmin yoxlamanın nəticəsi üzrə hər hansı nöqsan aşkar edilməşdir.
2 həftə qabağ baş vermiş yol-nəqliyyat hadisəsi barədə KİV-də şirkətin direktoru Teymur Əhmədovun adı hallanmışdır. Həmin hadisə ilə bağlı bildirmək istəyirik ki, hadisənin Teymur Əhmədovla hər hansı əlaqəsi yoxdur, “Porsche” markalı avtomobil Teymur Əhmədova məxsus olduğundan həmin yol-nəqliyyat hadisə üzrə Teymur Əhmədov zərərçəkmiş şəxs qismində tanınmışdır.

Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib - YENİLƏNİB
Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib - YENİLƏNİB
Donald Tramp Prezident İlham Əliyevi təbrik edib
Donald Tramp Prezident İlham Əliyevi təbrik edib
Rusiya Ermənistana xəbərdarlıq etdi
Rusiya Ermənistana xəbərdarlıq etdi
“Sanator-Kurort Reabilitasiya Mərkəzi”də tender oyunu
“Sanator-Kurort Reabilitasiya Mərkəzi”də tender oyunu
1-ci qrup hərbi əlil ACINACAQLI DURUMDA - Snayper gülləsi ilə başından ağır yaralansa da...
1-ci qrup hərbi əlil ACINACAQLI DURUMDA - Snayper gülləsi ilə başından ağır yaralansa da...
Rəis müavini ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” arasında qalmaqal - TƏFƏRRÜAT
Rəis müavini ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” arasında qalmaqal - TƏFƏRRÜAT
İlham Əliyev birgə hərbi təlimlərdən danışdı
İlham Əliyev birgə hərbi təlimlərdən danışdı
Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirilib - YENİLƏNİB
Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirilib - YENİLƏNİB