kanal1

Sərhədi pozan erməni traktorçulardan birində əl qumbarası olub və…?

Tarix:14-06-2021, 18:27
Baxış Sayı:15

Sərhədi pozan erməni traktorçulardan birində əl qumbarası olub və…?

Ermənistan mediası iyunun 12-də Azərbaycanla sərhədin Zəngəzur sahəsində baş verən növbəti insidentin “təfərrüatları”nı açıqlayıb.

Xəbər verildiyi kimi qəsbkar Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, 12 iyunda Sünikin (Zəngəzur) Azərbaycanın Laçın rayonu ilə həmsərhəd Tex(Dığ) kəndinin kənd təsərrüfatı ilə məşğul olan iki sakini traktorla Azərbaycan ərazisinə keçib. Qeyd olunub ki, Azərbaycan hərbçiləri saxladıqları şəxsləri Rusiya və Ermənistan hərbçiləri ilə danışıqlardan sonra sərbəst buraxıblar.
Teref.az xəbər verir ki, erməni mediasının gecə saatlarında yaydığı məlumata görə, guya Tex kəndinin sakinlərindən birində əl qumbarasının olması ermənilərin əsirlikdən qurtulmağına səbəb olub. Bu barədə NEWS.am-a Dığ kəndinin başçısı Nerses Şadunts danışıb.

“O cavan oğlanlar traktorlarda işləyirdilər və bu ərazinin sahibi də onların yanında idi. Ot biçiləndə 500 metr irəliyə gedərək sərhədi keçiblər. Onların hamısı 90-cı illərdə doğulub, həmişə(yəni Azərbaycan torpaqlarının işğalı dövründə-S.L.) bu torpaqları əkib-becəriblər.

Sərhədi keçəndə təxminən 10 nəfər Azərbaycan hərbçisi onlara yaxınlaşdı və oğlanları daha irəli aparmağa çalışdılar. Amma bunu bacarmadılar. Sən demə, traktorçulardan birinin yanında əl qumbarası olub və onun həlqəsini çıxararaq həm onları, həm də özünü partladacağını söyləyib. Beləliklə, biz yaxınlaşana qədər onlar dayana bildilər. Sərhəd qoşunlarımızın komandanlığı ilə, 1-ci Ordu Korpusunun komandiri ilə və rus sülhməramlıları ilə əlaqə qurduq, qubernatoru da məlumatlandırdım. Danışıqlar nəticəsində bütün texnikanı geri qaytara bildik. Ruslarla aparılan operativ iş nəticəsində traktorlar bir daha həmin əraziyə girməməyimiz şərti ilə geri nəql edildi. Hazırda hər şey qaydasındadır, vəziyyət sakitdir” –deyə kənd başçısı bildirib.

N.Şaduntsun sözlərinə görə, sərhəd kəndlərinin sakinlərini silahlandırmaq bir zərurətdir.

“Bəzi sakinlərdə onsuz da (silahlar) var. Yəni biz, icra rəhbərləri döyüş növbətçiliyi üçün onlara silah vermişik. Ancaq daha çox silah olsa, yaxşı olardı” – erməni məmur belə deyib.

Göründüyü kimi, erməni məmurlar özləri mülki ermənilərdə qanunsuz silah-sursat olmasını etiraf edir və hətta buna, eləcə də Azərbaycan sərhədçilərinə silahlı müqavimət göstərməsinə haqq qazandırır…
Moderator.az

Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
İsrail İsfahana zərbələr endirir - Yenilənir
İsrail İsfahana zərbələr endirir - Yenilənir
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Bu şənbə rəsmi iş günüdür
Bu şənbə rəsmi iş günüdür
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl