kanal1

"Avropa qapıları" müştəriləri aldadır - ŞİKAYƏT

Tarix:14-06-2021, 10:49
Baxış Sayı:232

"Avropa qapıları" müştəriləri aldadır - ŞİKAYƏT


"Avropa qapıları" müştəriləri aldadır.

Bu barədə Nuranə Yəhyazadə adlı şəxs sosial şəbəkədə paylaşım edib.

Şikayətçi yazır:

"Aprelin 24-ü mağazaya yaxınlaşıb 4 eyni qapı sifariş verdik. Ödəniş edərkən, yarısını sifariş zamanı, yarısını da çatırılmadan sonra ödəmək istəsək də, cavabında "5 manat belə əksik olmamalıdır" dedilər. Dedikləri kimi etdik. Bunun qarşılığında sifariş blankını tələb etdikdə bizə ölçü götürmək üçün ünvana gələcək usta ilə blankı göndəcəklərini bildirdilər. Elə həmin gün ustanı göndərdilər, amma blank verilmədi. 2 gün sonra zəng edib dedilər ki, sizin seçdiyiniz rəng alınmır, başqa rəng təklif edirik və s. Biz yenə də anlayışla qarşılayıb, başqa rəng seçdik. Mayın 14-ü göndərilməli olan qapılar gecikdi. Biz zəng edib maraqlandıqca müxtəlif bəhanələrlə gecikməni izah etdilər və biz bunu da problem etmədik. Nəhayət dünən qapılar quraşdırılan zaman məlum oldu ki, ölçü götürən ustanın 12 rəzə qeyd etməsinə baxmayaraq 8 rəzə göndərilib. Bizdə sifariş blankı verilmədiyi üçün, quraşdırılma üçün gələn ustaya verilən blankdan dəqiqləşdirdik sayını. Blankda çap ilə 12 rəzə qeyd olunmasına rəğmən üstünü qələm ilə qaralayıb 8 rəzə qeyd ediblər. Zəng vurub, qalan rəzələri tələb edəndə müxtəlif bəhanələrlə məni yola verməyə çalışdılar nəticədə isə rəzələri yollamadılar. Və bizə 0506236... Adil bəy (israr etsəmdə vəzifəsini demədi) "Xanım siz dünyanın o başında qalırsız biz necə göndərək "kimi cümlə qurdu. boyunlarına almadılar. Satış meneceri Rəsmiyyə xanım isə artıq telefonlarımı açmırdı. Mağazaya qapıları iadə etmək istədiyimi dedikdə isə. " Biz artıq qapiları sizə satmışıq iadə edə bilmərik dedilər" . Adil bəy də artıq telefonlarımı açmadı. Mağazanın səhər nömrəsinə zəng etdik. Elşad bəy də "əlinizdə çek blank yoxdur sübut edə bilməzsiz dedi".

"Əlaqə saxladığımız nömrələrdə heç kim öz vəzifəsini demirdi ki, bilək kiminlə danışırıq. Danışıq üslubları məsuliyyətsizliklərindən də pis idi. Sonda bizə "əşi neynirsiz eliyin, bu uje o qapıları sizə satmışıq, pulunu da ödəmisiniz" deyib yekunlaşdırdılar. Həmin rəzələri tapmaq çətin olduğu üçün qapıları quraşdırmağa çarə axtaranda, birdən sirli şəkildə göndərdikləri ustada eyni rəzələrdən elə 4 ədəd olduğu məlum oldu. Biz isə əsəblərimizi daha artıq pozmamaqdan və qapıların yerdə qalmamasından ötrü həmin "təsadüfün" qarşılığında rəzələrə əlavə ödəniş edib quraşdırmağa nail ola bildik".

"Avropa qapıları"ndan məsələyə münasibət öyrənə bilmədik.

Qlobal.Az

Tahir Qəribovun şirkəti terrorçuluğu maliyyələşdirilməsinə görə cərimələndi....-Rəsmi məlumat
Tahir Qəribovun şirkəti terrorçuluğu maliyyələşdirilməsinə görə cərimələndi....-Rəsmi məlumat
Cərrah - Uroloq RƏŞAD ŞOLANIN səhvi ucbatından xəstə ömürlük ŞİKƏST OLDU
Cərrah - Uroloq RƏŞAD ŞOLANIN səhvi ucbatından xəstə ömürlük ŞİKƏST OLDU
Azərbaycanda töhmət alan yüksək vəzifəli məmurlar - SİYAHI
Azərbaycanda töhmət alan yüksək vəzifəli məmurlar - SİYAHI
HACI TURQAY ƏT MƏHSULLARININ İLLƏRLƏ QAZANDIĞI HÖRMƏTƏ LƏKƏ SALMAQ GÖRƏSƏN KİMLƏRƏ XEYİR GƏTİRƏCƏK?
HACI TURQAY ƏT MƏHSULLARININ İLLƏRLƏ QAZANDIĞI  HÖRMƏTƏ LƏKƏ SALMAQ GÖRƏSƏN KİMLƏRƏ  XEYİR GƏTİRƏCƏK?
Agentliyə 320 milyonluq mal-qara satan şirkətin nə saytı, nə də sosial media hesabı var - TƏFƏRRÜAT
Agentliyə 320 milyonluq mal-qara satan şirkətin nə saytı, nə də sosial media hesabı var - TƏFƏRRÜAT
Başçının qəbuluna düşmək olmur... - "Bunun 100 günü də bitib..."
Başçının qəbuluna düşmək olmur... - "Bunun 100 günü də bitib..."
Naftalanın icra başçısı kimə güvənib, kef edir -ŞİKAYƏT
Naftalanın icra başçısı kimə güvənib, kef edir -ŞİKAYƏT
Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi
Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi