kanal1

Zərifdən Netanyahuya sərt sözlər: “Tramp kimi tarixin zibil qutusuna atılacaq”

Tarix:4-06-2021, 11:46
Baxış Sayı:5

Zərifdən Netanyahuya sərt sözlər: “Tramp kimi tarixin zibil qutusuna atılacaq”

İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif rəqiblərinin koalisiya hökuməti qurmasından sonra hakimiyyətdən getməsi gözlənilən İsrail Baş naziri Benyamin Netanyahu haqda fikirlərini bölüşüb.

Tvitter hesabındakı paylaşımda Trampla yanaşı, Ağ Evin keçmiş Milli Təhlükəsizlik üzrə müşaviri Con Bolton və ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeodan bəhs edərək belə yazıb:

"Netanyahu da Bolton, Tramp və Pompeo kimi İran əleyhinə olan ortaqları ilə birlikdə tarixin zibil qutusuna doğru biabırçı səyahətə qatıldı".

Zərif iranlıların zərər görməsini istəyənlər üçün bu talehin bir neçə minilliklər ərzində təkrarlandığını, artıq yolu dəyişməyin zamanının gəldiyini qeyd edib.

Xatırladaq ki, martın 23-də İsraildə keçirilən seçkidən sonra ölkə prezidenti Reuven Rivlin koalisiya hökuməti qurmaqda Baş nazir Netanyahunu məsul tutmuşdu. Netanyahu koalisiya hökuməti qurmaq üçün kifayət qədər dəstək tapa bilmədiyi üçün bu missiyanı mayın 4-də Rivlinə geri qaytarmışdı.
Daha sonra prezident mayın 5-də koalisiya hökuməti qurmaq səlahiyyətini Netanyahudan onun rəqibi, "Gələcək var” partiyasının rəhbəri Yair Lapidə verib. Yair Lapid dünən axşam 7 müxalifət partiyası ilə birlikdı koalisiya hökuməti qurmaq barədə qərar qəbul edib.

Netanyahunu kürsüsündən uzaqlaşdıracaq koalisiya hökumətini qurmaq üçün 14 iyuna qədər parlamentdə etimad andı içilməlidir.

Sfera.az

İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
"Mərcan" klinikasından şikayət: Pasient Nigar Məmmədovanın səhvindən ölüb? -İDDİA
"Mərcan" klinikasından şikayət: Pasient Nigar Məmmədovanın səhvindən ölüb? -İDDİA
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-MÜRACİƏT
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-MÜRACİƏT
Bağırov qardaşlarının “Soliton LTD” şirkəti cərimələndi
Bağırov qardaşlarının “Soliton LTD” şirkəti cərimələndi
DİREKTORUN ÖZBAŞINALIĞI - Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifovun əməlləri təhsilə böyük zərbə vurur
DİREKTORUN ÖZBAŞINALIĞI - Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifovun əməlləri təhsilə böyük zərbə vurur
Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirildi
Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirildi
"Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı VİDEO
"Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı VİDEO