kanal1

İrəvanın Zəngəzur “tərsliyi”nin sonu: - Bəyanat qüvvədən düşər, sülhməramlılar Qarabağı tərk edər və...

Tarix:18-05-2021, 19:03
Baxış Sayı:15


İrəvanın Zəngəzur “tərsliyi”nin sonu: - Bəyanat qüvvədən düşər, sülhməramlılar Qarabağı tərk edər və...

“İrəvanın öhədlikləri 9 noyabrda Qarabağla bağlı üçtərəfli bəyanat çərçivəsində qalır. Orada isə dəhliz anlayışı yoxdur. Yalnız bütün regional kommunikasiyalarının açılmasına dair məqam var”.

Bunu deyən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Bakının Naxçıvanla əlaqə qurması üçün israr etdiyi hər hansı Zəngəzur dəhlizindən söhbət gedə bilməz. Qrigoryanın sözlərinə görə, “Zəngəzur dəhlizi” ifadəsi müstəsna Azərbaycan əfsanəsidir və bunun Qarabağa dair 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı ilə heç bir əlaqəsi yoxdur.

“Bəyanatda dəhliz sözü yoxdur. Üçtərəfli bəyanatın məntiqi çərçivəsində qalmışıq, qalırıq və qalacağıq. Blokadanın açılması yalnız bir yolun açılması demək deyil. Biz dəfələrlə demişik ki, blokdan çıxarmaq bütün yolların açılması deməkdir”.

O bildirib ki, söhbət Ermənistanı və Azərbaycanı birləşdirən yollardan gedir:

“Tavuş, Geğarkunik (Göyçə mahalı), eləcə də Sünikdə (Zəngəzur) belə yollar var”.

Təhlükəsizlik Şurasının katibi deyib ki, bunların hamısı açıq olmalıdır və yalnız azərbaycanlıların keçə biləcəyi heç bir yol ola bilməz:

“Onlar ermənilərin yollarından, Ermənistan da Azərbaycanın yollarından istifadə edəcək. Azərbaycan tərəfi məsələni bu şəkildə qoyarsa, Ermənistanın da Naxçıvan üzərindən, Azərbaycan ərazisindən keçəcək dəhlizi olacaq. Dəhliz sözü bu çərçivədə istifadə edilə bilməz. Ancaq Azərbaycan yolların açıq olacağını bildirirsə, bu kontekstdə biz də dəhlizə malik olacağımızı elan edirik”.

Ermənilərin Azərbaycan ərazisi üzərindən sərbəst hərəkət etməsinin mümkün olub-olmadığı sualına cavab verən Qriqoryan hazırda bu barədə xüsusilə, Sünik və Geğarkunikdəki vəziyyət kontekstində danışmağın çətin olduğunu vurğulayıb. Lakin gələcəkdə Rusiyanın vasitəçiliyi ilə Ermənistan məqsədə çatmağa imkan verəcək bütün mexanizmləri işə salmağa ümid edir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistanın istəyindən asılı olmayaraq, Zəngəzur dəhlizinin açılacağını bəyan edib. Dövlət başçısı Ordubad rayonuna səfəri zamanı Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibəsində də “Zəngəzur dəhlizi açılmalıdır və açılacaq” ifadəsini işlədib. Bu isə o deməkdir ki, regionun gələcək taleyini Ermənistan deyil, Azərbaycanın mövqeyi həll edir. Çünki Ermənistan kapitulyasiyaya imza atmış tərəfdir. İkinci Qarabağa müharibəsindən sonra bölgədə yeni reallığı Azərbaycan yaradıb. Bu gün regionda bərpa olunan nəqliyyat-kommunkasiya layihələrinin yenidən qurulmasında iştirak etmək istəyən dövlətlər Azərbaycanın yaratdığı reallığa uyğun hərəkət edir.

Ermənistanın keçmişi geri qaytarmaq və münaqişə yaratmaq cəhdi isə yalnız regiona can atan dövlətlərin geoiqtisadi maraqlarına zərbə vura bilər. Bu isə rəsmi İrəvanı beynəlxalq təzyiqlərlə üzləşdirər. Ona görə də Zəngəzur dəhlizini bağlamaq cəhdindən ilk növbədə, Ermənistanın özü ziyan çəkəcək.

İkincisi, Armen Qriqoryan yaxşı bilir ki, Ermənistan 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya ilə imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndində Naxçıvanla Azərbaycanın qərb hissəsini birləşdirən nəqliyyat-kommunikasiyalarının inşasına dair öhdəlik götürüb. “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”,-bəyanatda belə qeyd edilir. Ona görə də Armen Qriqoryanın “Bakının Naxçıvanla əlaqə qurması üçün hər hansı Zəngəzur dəhlizinin açılmasınından söhbət gedə bilməz”deməsi birbaşa 10 noyabr bəyanatının pozulması deməkdir.

Bu halda bəyanat qüvvədən düşmüş hesab oluna bilər. Hərbi əməliyyatların dayandırılmasına dair bəyanatın qüvvədən düşməsi münaqişənin bərpasını istisna etmir. Belə hal baş verərsə, münaqişə Ermənistan ərazisinə keçəcək. Nəticədə, Ermənistan Zəngəzuru itirə bilər. Azərbaycanın isə Zəngəzura həm tarixi, həm də siyasi iddialar irəli sürmək hüququ var. Yəni Ermənistan Zəngəzuru birdəfəlik itirə bilər. Rəsmi İrəvan bu problemi yaşamamaq üçün 10 noyabr bəyanatında götürdüyü öhdəliyi yerinə yetirməlidir. Zəngəzur ərazisindən nəqliyyat-kommunikasiya vasitələrinin bərpası yalnız Azərbaycanın qərb hissəsi ilə Naxçıvanı birləşdirmək üçün nəzərdə tutulmayıb.

Meğri rayonundan keçəcək dəmir və avtomobil yolları Ermənistanın blokadan çıxması və dünya bazarlarına çıxışını təmin edəcək. Armen Qriqoryan şərt irəli sürür ki, Azərbaycan ermənilərin Ermənistan da Azərbaycanın yollarından istifadə etməlidir. Halbuki, bu məsələlər Rusiya Prezidentinin vasitəçiliyi ilə 2021-ci il ynvarın 11-də Azərbaycan Prezidenti İlham Əliev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qəbul olunmuş növbəti üçtərəfli bəyanatda öz əksini tapıb. Hər üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup da bu məqsədlə yaradılıb. Yəni Rusiya və Ermənistan Azərbaycan ərazisindən dəmir və avtomobil yolları vasitəsilə yük və sərnişin daşımaq hüququ əldə edib.

Eyni zamanda, nəqliyyat və kommunikasiya infrastrukturunun yenidən qurulması Ermənistana İrana və Türkiyəyə də çıxış imkanı əldə etmək, iqtisadi-ticari əlaqələri genişləndirmək imkanı verə bilər. Zəngəzur dəhlizinin bağlanması isə Ermənistanın blokadada qalmaqda davam etməsi ilə nəticələnəcək. Əgər Paşinyan hökuməti Zəngəzuru Azərbaycanın üzünə bağlamaqda israr edərsə, o zaman Azərbaycanın da Laçın dəhlizini Ermənistanın üzünə qapatmaq hüququ var. Azərbaycanın Gürcüstan üzərindən Türkiyəyə dəmir və avtomobil yolu vasitəsilə çıxış imkanları var. Eyni zamanda, Azərbaycan həm İran, həm də Türkiyə ərazisindən keçməklə Naxçıvanla yerüstü əlaqə saxlamaq imkanına malikdir. Rusiya ilə İran arasındakı Şimal-Cənub nəqliyyat dəhlizi, müasir “İpək yolu” Azərbaycan ərazisindən keçir. Ona görə də Zəngəzur dəhlizinin açılmaması qapıları Azərbaycanın deyil, Ermənistanın öz üzünə bağlaması kimi təsvir edilə bilər. Bu dəhlizin açılmadan “3+3” platforması çərçivəsində Ermənistanın blokadadan çıxması mümkün olmayacaq. Çünki Zəngəzur ərazisindən nəqliyyat-kommunikasiya əlaqələri qurulmadan Rusiya və Ermənistan arasında quru yolla əlaqə imkanı olmayacaq.

Eyni zamanda, Ermənistan Rusiya ilə İranı birləşdirən şimal-cənub nəqliyyat dəlizinə qoşulmaq şansını itirəcək. Nikol Paşinyan özü də bir neçə dəfə bəyan edib ki, Ermənstanın regionun dəmir yolu şəbəkəsinə qoşulmasına ehtiyacı var. Bu, Ermənistan üçün xilas yolu ola bilər. Ermənistan dünyaya açılım əldə etmək istəyirsə, Bakı-Mincivan-Meğri-Culfa (Naxçıvan MR)-Culfa (İran) dəmir yolu şəbəkəsinə qoşulmalıdır. Əgər Ermənistan bu layihədən imtina etsə, o zaman Rusiya, Türkiyə və İran üçün ciddi problemlər yaradacaq. Rusiya Zəngəzur dəhlizi vasitəsilə Ermənistana, İrana və Türkiyəyə və Yaxın Şərqə çıxış imkanlarını itirəcək. Bu zaman Rusiya Ermənistana təzyiqləri artıra bilər. Çünki Rusiyanın Ermənistandakı və Suriyadakı hərbi bazaları ilə quru əlaqəsi saxlaması üçün ən əlverişli tranzit məkan Zəngəzur dəhlizidir. Ona görə də Ermənistanın tərsliyi 10 noyabr bəyanatının qüvvədən düşməsinə gətirə bilər ki, bu da Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması üçün siyasi və hüquqi zəmin yaradır. Türkiyə də Şərq-Qərb nəqliyyat dəhlizi ilə Mərkəzi Asiyaya çıxış yolu bağlanarsa Ermənistanla sərhədləri açmaqdan imtina edəcək. Beləliklə, Ermənistan blokadada qalmaqda davam edəcək. Beynəlxalq sanksiyalar altında iqtisadi böhran yaşayan İran üçün Zəngəzur dəhlizi nəfəslik rolunu oynayır. Ermənistanın mövqeyi İranın da xilas yolunu qapamış olur.

Əslində, Paşinyan hökumətinin Zəngəzur dəhlizinə mane olmaq cəhdi hazırda onun korporativ siyasi maraqlarına xidmət edir. İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Zəngəzur bölgəsində Ermənistan müxalifətinin mövqeləri güclüdür. Xüsusilə də Köçəryanın bu regionda fəal elektoratı var. Ona görə də Paşinyan siyasi blef etməklə Zəngəzur əhalisinin səslərini qazanmağa çalışır. Digər səbəb Qərbin geosiyasi maraqlarından qaynaqlanır. Bu baxımdan əsas hədəf Azərbaycan sayıla bilməz. Rusiyanın və Türkiyənin bölgədə mövqelərinin güclənməsi, eləcə də İranın blokada şəraitindən çıxması xüsusilə ABŞ-ı qane etmir. Ona görə də A.Qriqoryanın açıqlaması, sərhəd mübahisəsində ABŞ-ın Ermənistanı dəstəkləyən bəyanatı Paşinyanın Vaşinqtonun sifarişini yerinə yetirməsindən xəbər verir. Bunun qarşılığında isə Paşinyan seçkilərdə Qərbin dəstəyini ala bilər. Lakin Ermənistan hökuməti 10 noyabr bəyanatına sadiq qaldığına dair görüntü yaratmaqla Zəngəzur dəhlizinə alternativ kimi Tavuş, Göyçə yollarının açılmasını təklif edir. Təbii ki, Azərbaycan belə aldadıcı variantla razılaşa bilməz.

Digər tərəfdən, Tavuş əyalətindən nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üçün Ermənistan Qazax rayonunun işağl altındakı yeddi kəndini Azərbaycana qaytarmalıdır. Çünki Ermənistanın İcevan və Dilican rayonlarından keçən magistral yol Göyçə aşırımından keçir. Həmin yola çıxmaq üçün Qazax rayonunda sərhədlərin delimitasiyası və demarkasiyası aparılmalı, Ermənistan işğalda saxladığı kəndlər üzərində Azərbaycanın suverenliyini tanımalıdır. Eləcə də Bakı-İcevan dəmir yolunun açılması üçün Ermənistanın işğal etdiyi kəndlərdən çıxması vacibdir. Çünki Bakı-İcevan dəmir yolu Barxudarlı və Sofulu stansiyalarından keçir. Hər iki kənd isə hazırda işğal altındadır. Ona görə də Ermənistan Təhlükəsizlik Şurasının katibinin dəhliz spekulyasiyası Paşinyan hökumətini məsuliyyətdən yayındırmır.

Paytaxtın bu ərazisində qaz olmayacaq
Paytaxtın bu ərazisində qaz olmayacaq
Paytaxtın bu ərazisində qaz olmayacaq
Paytaxtın bu ərazisində qaz olmayacaq
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
İcra başçılarının “Dream Construction Company” sevgisi – Araşdırma
İcra başçılarının “Dream Construction Company” sevgisi – Araşdırma
Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında - Fotolar
Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında - Fotolar
Kobaxidze yenidən Gürcüstanın Baş naziri oldu
Kobaxidze yenidən Gürcüstanın Baş naziri oldu
Rauf Vəliyevin rəhbərlik etdiyi QSC barəsində cərimə qərarı çıxarıldı
Rauf Vəliyevin rəhbərlik etdiyi QSC barəsində cərimə qərarı çıxarıldı