kanal1

"İsrail və Fələstin arasında barışıq üçün İlham Əliyev vasitəçi ola bilər" - AÇIQLAMA

Tarix:15-05-2021, 18:42
Baxış Sayı:33

"İsrail və Fələstin arasında barışıq üçün İlham Əliyev vasitəçi ola bilər" - AÇIQLAMA

“İsraillə Türkiyə arasında olan gərginlik ilk növbədə Fələstin məsələsi ətrafındadır. Bu məsələ artıq İslam dünyasının probleminə çevrilib. İsrail-Fələstin münaqişəsinin başında duran əsas dilemma Qüdsün taleyidir. Qüds müsəlmanlar üçün müqəddəs şəhərdir. Bildiyiniz kimi, bu şəhər 3 ildən çox müsəlmanların qibləsi olub. Yəhudilərin qatı millətçiləri isə iddia edirlər ki, bu, ancaq yəhudilərin paytaxtı ola bilər. Yəni müsəlmanlar yəhudilərin bu qədim şəhərinə şərik çıxa bilməzlər. Bu baxımdan, İslam dünyasında özünəməxsus bir rəqabət gedir. Burda əsasən öncül rol oynamaq istəyənlər Türkiyə, İran, Səudiyyə Ərəbistanı və Pakistandır. Türkiyənin bu məsələlərdə önə çıxmasını istəməyən qüvvələr var. Bu, ilk növbədə, ABŞ-ın yəhudi lobbisidir. Avropanın özündə də elə qüvvələr var ki, onlar Türkiyənin güclənməsini istəmirlər. Son vaxtlar Türkiyə ilə İsrailin münasibətlərinin yaxşılaşdırılmasına yönəlik fikirlər səsləndirilirdi. İstisna etmirəm ki, İsrail-Fələstin münaqişəsinin gərginləşməsinə Türkiyə-İsrail əlaqələrinin normallaşmasında maraqlı olmayan qüvvələr səbəb olub. Həmin qüvvələr istəyir ki, Türkiyəni oyundan kənar vəziyyətdə saxlasınlar”.

Bu fikirləri Moderator.az-a açıqlamasınada politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, Türkiyə əvvəlki Türkiyə deyil: “ Türkiyə indi çox inkişaf edib, bölgədə söz sahibinə çevrilib. Liviya, Suriya, Aralıq dənzi məsələlərində Türkiyə öz iddialarını nümayiş etdirib. Bunun üçün Türkiyənin əsası var. Qardaş ölkəmiz fövqəl dövlətdir, böyük potensialı, gücü olan dövlətdir. Türkiyə Prezidenti deyir ki, yeni dünya nizamının qurulmasında artıq təkcə beşlər yox, yeni dövlətlər də iştirak etməlidir. Ona görə də böyük qüvvələr Türkiyənin müqavimət potensialını azaltmağa çalışırlar. İsrailin, dünya yəhudilərinin gücündən istifadə edərək Türkiyə üçün maneə törədirlər”.

Politoloq bu məsələdə Türkiyənin tarixi əsasının da olduğunu bildirib: “Həmin ərazilər vaxtilə Osmanlı imperiyasının tərkibində olub. Qüdsə 1918-ci ilə qədər nəzarət Osmanlıda idi. Uzun dövr ərzində Qüds uğrunda mübarizə gedirdi. 1918-ci ildə Antanta ölkələri Türkiyənin vahid birliyinə son qoydular, səlib yürüşlərindən bəri gələn iddialarını reallaşdırdılar”.
Tofiq Abbasovun sözlərinə görə, 1948-ci ildə İsrail dövləti yarananda ərəb dövlətlərinin rəhbərləri çox səhv mövqe tutub: “Fələstin dövlətini ilk tanıyan İsrail oldu. Ancaq Misir, Suriya, Livan bunu etmədi. İsrailin fələstinliləri ordan qovmaq fikri olmayıb. Bugünkü münaqişəli vəziyyətin günahı ərəb dövlətlərindədir. Əvvəllər bu münaqişəyə ərəb-İsrail münaqişəsi deyilirdi. İndi isə İsrail-Fələstin münaqişəsi deyilir. Fələstin xalqı indi ortalıqda tək qalıb. İndi biz tamamilə başqa mənzənin şahidiyik. Ərəb dövlətləri bu münaqişənin həllinə dəstək vermir, tamamilə kənarlaşıblar. Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikəri artıq İsraillə sövdələşirlər. Bütün bunlar da Fələstinin azadlıq hərəkatına ciddi zərbədir. Fələstinə indi Türkiyə və İran daha çox dəstək verir. Fikrimcə, Türkiyə daha çox mənəvi dəstək verir, ancaq İran maddi dəstək verir. HƏMAS təşkilatının raket proqramının maliyyə məsələlərini İran həll edir”.

“Əslində İsrail xalqı ilə Fələstin xalqı özləri bu münaqişəni həll edib sülh şəraitində yaşaya bilərlər. Ancaq böyük güclər buna imkan vermir. Onarın ən tipik nümayəndəsi Donald Tramp idi ki, ərəblərin maraqlarını ayaqlar altına saldı, İsrailə dəstək verdi, hətta Qüdsü heç bir əsas olmadan İsrailin paytaxtı kimi tanıdı. İslam dünyasında bu çox pis qarşılandı. Azərbaycan da bu qərarı pislədi”, Tofiq Abbasov belə deyb.

Politoloq indiki vəziyyətdə Azərbaycanın tutacağı mövqedən də danışıb: “Mənə elə gəlir ki, bizim mövqeyimiz çox sağlamdır. Biz bu məsələdə İsraillə Fələstin arasında barışığın tərəfdarıyıq. Fikrimcə, onlar arasında barışıq üçün Azərbaycan Prezidenti İlham Əliyev vasitəçi ola bilər. İlham Əliyev dünyada qəbul olunmuş nüfuzlu siyasətçidir. Biz Türkiyə ilə Rusiyanın münasibətlərinin normallaşmasında İlham Əliyevin xidmətlərini bilirik”.

“Biz İsraillə dostluq edirik, Fələstin xalqı da bizim dostumuzdur. Mən bu məsələdə Azərbaycanda bəzi qüvvələrin dağıdıcı rolunu görürəm. Onlar piar xatirinə belə bir fikir formalaşdırırlar ki, guya fələstinlilər ermənilərlə qardaşlıq edir. Elə bir şey yoxdur. Fələstinin ərazisində erməni icmaları var, onlarla Fələstinin rəhbərliyinin yaxşı münasibətləri var. Bunun Azərbaycana heç bir dağıdıcı təsiri yoxdur. Sosial şəbəkələrdə Fələstin xalqı ilə Azərbaycam xalqının arasını vurmaq istəyən qüvvələr var. Fələstin xalqının Azərbaycanda diplomatik nümayəndəliyi var. Onlar həmişə İslam Əməkdaşlıq Təşkilatında bizim tərəfimizdə olublar və ermənilərin işğalçılıq siyasətini pisləyiblər. Eləcə də biz onların ərazi bütövlüyünün və dövlətçiliyinin tərəfdarıyıq. Bu, İslam həmrəyliyi baxımından da bizim üçün vacibdir. Ancaq bizim İsraillə də çox yaxşı münasibətlərimiz var. Biz İsraildən silah-sursat alırıq. Ancaq onu bizə heç kim bəxşiş vermir. Halaca pulumuzu verib alırıq. Digər tərəfdən İsrail dövlətinə Azərbaycandan başqa, heç bir müsəlman ölkəsi neft satmır. Bu, bizim praqmatik siyasətimizin konturlarıdır. Biz heç bir beynəlxalq hüquq normasını pozmadan həm İsrail xalqının, həm də Fələstin xalqının haqlarını tanıyırıq”, deyə Tofiq Abbasov əlavə edib.

Paytaxtın bu ərazisində qaz olmayacaq
Paytaxtın bu ərazisində qaz olmayacaq
Paytaxtın bu ərazisində qaz olmayacaq
Paytaxtın bu ərazisində qaz olmayacaq
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
İcra başçılarının “Dream Construction Company” sevgisi – Araşdırma
İcra başçılarının “Dream Construction Company” sevgisi – Araşdırma
Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında - Fotolar
Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında - Fotolar
Kobaxidze yenidən Gürcüstanın Baş naziri oldu
Kobaxidze yenidən Gürcüstanın Baş naziri oldu
Rauf Vəliyevin rəhbərlik etdiyi QSC barəsində cərimə qərarı çıxarıldı
Rauf Vəliyevin rəhbərlik etdiyi QSC barəsində cərimə qərarı çıxarıldı