kanal1

“Azərbaycan dövlət sərhəddini müəyyənləşdirir” – Qəti mövqe

Tarix:14-05-2021, 20:15
Baxış Sayı:26

“Azərbaycan dövlət sərhəddini müəyyənləşdirir” – Qəti mövqe

Dünən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Azərbaycan XİN-dən verilən məlumata görə, nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar. Nazirlər bölgədə sülhün təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin zəruri olduğunu qeyd ediblər.

Nazirlərin danışığını “Sherg.az”a dəyərləndirən professor, siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib ki, bu günə qədər Azərbaycan tərəfi sərhəddə hansısa problem yaratmayıb. Politoloqun sözlərinə görə, ölkəmiz mövcud xəritələrə əsasən dövlət sərhəddini müəyyənləşdirir:

“Daha doğrusu vaxtilə qəbul olunmuş coğrafi koordinanatlara görə, “GPS” sistemi ilə sərhədlərimizi dəqiqləşdiririk. Bunun üçün Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) məsələni həyata keçirməyə çalışır. Azərbaycan Ordusu isə DSX-ya dəstək göstərir. Ona görə də Lavrovun Ceyhun Bayramova zəng etməsi daha çox ermənilərin qaldırdığı hay-küylə bağlıdır. Ermənistan həyasızcasına guya ordumuzun erməni ərazilərini işğal etməsini dünyaya çatdırmaq istəyir. Ona görə də hay-küy salıblar, Paşinyan da əvvəlki xislətinə uyğun olaraq Fransa prezidenti Emmanuel Makrona zəng edib. Makron da həmişəki kimi sərsəmləmə psixologiyasından əl çəkə bilmir. O, dövlət başçsından çox idarə olunan kukla statusundadır. Yəni ermənilər nə deyirsə, onu təkrar edir”.

C.Nuriyev vurğulayıb ki, Rusiyanın Azərbaycan-Ermənistan sərhədi məsələlərində mövqeyi anlaşılan deyil:

“Üçtərəfli bəyanatda dövlətlərin sərhəddi öz əksini tapıb. Yəni dövlətimiz Ermənistanla olan sərhəddini dəqiqləşdirməli və Azərbaycan DSX orada yerləşdirilməlidir. Bu, beynəlxalq hüquq normalarına uyğun olan addımdır. Ermənilər müharibənin gedişi vaxtı Azərbaycan ərazisinə bir neçə yerdə daxil olmuşdular. Onlardan biri də Qaragöl ərazisidir. Qaragöl hələ ötən əsrin 70-ci illərində Azərbaycan tərəfindən qoruqluq elan olunub. Qaragöldəki faunanı qorumaq Azərbaycan tərəfinin qəbul etdiyi qərar əsasında həyata keçirilir və həmin göl bütünlüklə bizim ərazidə yerləşir. İndi isə ermənilər hay-küy salırlar ki, guya bu ərazisinin 30 faizi Azərbaycanın, 70 faizi isə onlarındır. Rusiyanın XİN başçısı da Ceyhun Bayramovla ermənilərin həyasızlığını müzakirə etməli idi. Danışıqlarda nələrdən söhbət getdiyini dəqiq bilmirəm, lakin Azərbaycan XİN-in yaydığı bəyanatdan görünür ki, dövlətimiz mövqeyinin düzgün olduğunu gündəmə gətirir. Rusiya isə barışdırıcı yox, qızışdırıcı mövqedə durur. Paşinyan qarşıdan gələn seçkilərdə yenidən xal yığmağa çalışır.

Azərbaycanın ərazi bütövlüyü hansısa dövlətin müzakirə mövzusu ola bilməz.

Ölkəmiz ərazi bütövlüyünü bərpa etməldir, edir də. Ermənistan anlamalıdır ki, Azərbaycan əvvəlki kimi deyil və “dəmir yumruğu” yerindədir. Rusiya yaxşı olar ki, ikili standartlar və qeyri-səmimilikdən əl çəksin, beynəxalq hüquq normalarına əməl etməyi bacarsın. Bunu etməyəcəksə, bir o qədər də başı dərdə girəcək”.

Paytaxtın bu ərazisində qaz olmayacaq
Paytaxtın bu ərazisində qaz olmayacaq
Paytaxtın bu ərazisində qaz olmayacaq
Paytaxtın bu ərazisində qaz olmayacaq
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
İcra başçılarının “Dream Construction Company” sevgisi – Araşdırma
İcra başçılarının “Dream Construction Company” sevgisi – Araşdırma
Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında - Fotolar
Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında - Fotolar
Kobaxidze yenidən Gürcüstanın Baş naziri oldu
Kobaxidze yenidən Gürcüstanın Baş naziri oldu
Rauf Vəliyevin rəhbərlik etdiyi QSC barəsində cərimə qərarı çıxarıldı
Rauf Vəliyevin rəhbərlik etdiyi QSC barəsində cərimə qərarı çıxarıldı