kanal1

“Zəngəzur dəhlizi açılmalıdır və açılacaq” - İlham Əliyev

Tarix:10-05-2021, 19:25
Baxış Sayı:15

“Zəngəzur dəhlizi açılmalıdır və açılacaq” - İlham Əliyev

“Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır".

Bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.

"Bildiyiniz kimi, 10 noyabr tarixli birgə Bəyanatında bu, təsbit edilib. Ondan sonra fəaliyyət göstərən Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun keçirilmiş iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atılır. Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaqdır. Heç kimdə bu haqda şübhə olmasın. Əlbəttə ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Bildiyiniz kimi, mən Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoydum. Burada çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir, Ordubaddan Ermənistan sərhədinə qədər. Naxçıvan dəmir yolu fəaliyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaqdır.

O ki qaldı Ermənistan ərazisində olan hissəyə, bildiyiniz kimi, Ermənistan dəmir yolları anlayışı yoxdur. Rusiya dəmir yolları bütün Ermənistanın dəmir yollarına sahibdir. Deməli, Ermənistan dəmir yolları ona məxsusdur. Ona görə biz bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur. Bir daha demək istəyirəm ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək və əlindən gələni edəcək ki, bu layihənin həyata keçirilməsində heç bir problem olmasın", - deyə dövlət başçısı bildirib.

Paytaxtın bu ərazisində qaz olmayacaq
Paytaxtın bu ərazisində qaz olmayacaq
Paytaxtın bu ərazisində qaz olmayacaq
Paytaxtın bu ərazisində qaz olmayacaq
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...

İcra başçılarının “Dream Construction Company” sevgisi – Araşdırma
İcra başçılarının “Dream Construction Company” sevgisi – Araşdırma
Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında - Fotolar
Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında - Fotolar
Kobaxidze yenidən Gürcüstanın Baş naziri oldu
Kobaxidze yenidən Gürcüstanın Baş naziri oldu
Rauf Vəliyevin rəhbərlik etdiyi QSC barəsində cərimə qərarı çıxarıldı
Rauf Vəliyevin rəhbərlik etdiyi QSC barəsində cərimə qərarı çıxarıldı