kanal1

Rus sülhməramlıların Njdenin “kölgəsində” sıra düzülüşü... (ŞƏRH)

Tarix:8-05-2021, 18:28
Baxış Sayı:26

Rus sülhməramlıların Njdenin “kölgəsində” sıra düzülüşü... (ŞƏRH)

Sabah – 9 mayda Rusiya sülhməramlıları faşizm üzərində qələbə münasibətilə Xankəndində sıra düzülüşü keçirəcək.

Məqsəd faşizmə qarşı olduğu üçün 2019-u il Aşqabad toplantısından sonra İrəvanın faşizmi qəhrəmanlaşdırmasını gündəmə daşıyan və bunun üzərindən Rusiya ictimaiyyətində, eləcə də MDB məkanında Ermənistana qarşı etirazın formalaşdırılması strategiyasını izləyən Azərbaycanın parada loyal yanaşması anlaşılandır.

Müdafiə Nazirliyinin məlumatı da "vəziyyət nəzarətdədir” mesajının ötürülməsi idi. Lakin rus sülhməramlılarının paradına Xocavənddə faşizmə xidmət etmiş Qaregin Njdenin abidəsi söküləcəyi halda anlayış göstərmək olar.

Sülhməramlıların komandanı Muradovun ermənilərə 9 maya qədər vaxt verdiyi, ermənilərin isə buna etiraz etdiyi haqda məlumatlar var. Heykəllə bağlı separatçıların "təhlükəsizlik şurası katibi” Balasanyan dedikləri diqqət çəkir: "Njdenin heykəlinin harada olmasına qərar vermirik. "Martuni camaatı” (Xocavənd) heykəli saxlamaq, yoxsa muzeyə köçürmək istədikləri haqda özü qərar verməlidir”.

Separatçı rejim bununla "məsuliyyəti” üzərindən atmaq və erməni əhalinin əli ilə heykəlin sökülməməsinə nail olmaq istəyir. Bu, Rusiyanın və onun sülhməramlılarının problemidir.

Njdenin heykəli sökülmədən parad keçiriləcəksə, üç nəticə ortaya çıxır:

1. Fəaliyyət göstərdiyi əraziyə nəzarət edə bilməyən rus sülhməramlıları birgəyaşayışı və sülhü də təmin edə bilməyəcək;

2. Rusiya Qarabağdakı separatçı-terrorçu rejimi dəstəklədiyi üçün onların əleyhinə olacaq addım atmır;

3. Njdenin heykəlinin "kölgəsində” keçiriləcək parad faşizmə qarşı yox, Azərbaycana qarşı "əzələ nümayişi”dir.

Hər üç halda Rusiya sülhməramlılarının missiyası sual altına düşür...

Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
Rusiyada helikopter qəzaya düşdü
Rusiyada helikopter qəzaya düşdü
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL