kanal1

Azərbaycanda yeni mərkəzlər yaradıldı

Tarix:7-05-2021, 23:32
Baxış Sayı:17

Azərbaycanda yeni mərkəzlər yaradıldı


Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Beyləqan, Gəncə, Kürdəmir, Quba, Lənkəran, Salyan, Şəki və Tərtər Regional Aqrar Elm və İnnovasiya mərkəzlərinin əsasında Aqrar Təlim Mərkəzi yaradılıb və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyinə verilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Sənədə əsasən, Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının, Dəmir yolunda Dövlət Baytarlıq İdarəsinin və rayon (şəhər) baytarlıq idarələrinin əsasında Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi yaradılıb və Agentliyin tabeliyinə verilib.

Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Respublika Bitki Mühafizəsi Mərkəzinin, Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin və Cəngi pestisid poliqonunun əsasında Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi yaradılıb və Agentliyin tabeliyinə verilib.

Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Abşeron, Bərdə, Göygöl, Quba, Lənkəran, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və Ucar Regional Aqrokimya laboratoriyaları Agentliyin tabeliyində olan Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinə birləşdirilib.

Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki 3-cü Biotəhlükəsizlik Səviyyəli Mərkəzi Referens Laboratoriyası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyinə verilib.

Azərbaycan Təcrübə-Sınaq və Təmir Zavodu “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin tabeliyinə verilib.

Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki “Kənd həyatı” qəzetinin redaksiyasının adı dəyişdirilərək, “Aqroinfo” qəzetinin redaksiyası adlandırılıb.

Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki “Azərbaycan Aqrar Elmi” jurnalının redaksiyası və “Aqroinfo” qəzetinin redaksiyası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin tabeliyinə verilib.

Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Aqrar Elm və İnnovasiya Mərkəzinin adı dəyişdirilərək, Aqrar İnnovasiya Mərkəzi adlandırılıb.

Müəyyən edilib ki, yeni yaradılan qurumların saxlanılması üçün tələb olunan xərclər dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Kənd Təsərrüfatı Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.

Kənd Təsərrüfatı Nazirliyi bu Qərara əsasən yaradılan qurumların, habelə Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin əsasnamələrini (nizamnamələrini), strukturlarını və birləşdirilən qurumların işçilərinin say həddi daxilində ştat cədvəllərini təsdiq etməlidir.

Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
Rusiyada helikopter qəzaya düşdü
Rusiyada helikopter qəzaya düşdü
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL