kanal1

Həbs edilən sabiq icra başçısının “TIR” parkının açılmasına kim razılıq verib? - İLGİNC

Tarix:6-05-2021, 09:12
Baxış Sayı:28

Həbs edilən sabiq icra başçısının “TIR” parkının açılmasına kim razılıq verib? - İLGİNC
Ötən il dekabrın 7-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs edilən Cəlilabadın sabiq icra başçısı Namiq Zeynalovun həbs müddəti hələ ki, uzadılır.

İndi ancaq dərdi dəmir barmaqlıqlar arasından çıxmaq olan sabiq icra başçısının rayonda ən çox qalmaqala səbəb olan biznesi “TIR” parkı olub. N.Zeynalovun həbsindən sonra bir müddətdir ki, mal-heyvan otlağına çevrilən park yenidən işə salınıb.

Rayonda olan mənbəmiz bildirir ki, N.Zeynalovun “sağ əli” kimi tanınan Fuad adlı şəxs kartof sezonu vaxtı çatdığından parkı işə salmaq üçün döymədiyi qapı qalmayıb. Cəlilabad Rayon İcra Hakimiyyəti parkın fəaliyyətinin bərpa edilməsinə tərəddüd etsə də, sonradan razılıq verib.

Qeyd edək ki, adı çəkilən “TIR” parkına rəhbərlik edən Fuad adlı şəxs rayonda “Tut bağı” və “Okean” kafelərini də işlədir. Onun Cəlilabadın keçmiş icra başçılarından olan Əziz Əzizovla da yaxın münasibətləri olduğu bildirilir.

Yay aylarında kartof sezonu vaxtı isə bu dayanacaqda 100-150 “TIR” park edilir. Onların hər biri isə dayanacaqdan çıxarkən 60 AZN yer haqqı ödəyir. “TIR”lar yay aylarında Cəlilabadın kəndlərindən Rusiyaya kartof daşıyır. “TIR” parkının yenidən işə salınmasına razılıq verən məmurun isə kimliyini rayondakı mənbəmiz araşdırır. //moderator.az//

Dəhşətli proqnoz reallaşır: iyul ayında... - ŞOK XƏBƏRDARLIQ
Dəhşətli proqnoz reallaşır: iyul ayında... - ŞOK XƏBƏRDARLIQ
 TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
 TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
Vahid Ələkbərovun oğlu yenə siyahıda liderdir
Vahid Ələkbərovun oğlu yenə siyahıda liderdir
Bu mesajlara cavab verməyin!
Bu mesajlara cavab verməyin!
AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
Biləcəridə ağacların gizli kəsilməsini Elmin Zamanov rəhbərlik edir?-Video
Biləcəridə ağacların gizli kəsilməsini Elmin Zamanov rəhbərlik edir?-Video
Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar
Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar
General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)