kanal1

Lavrov Bakıya “Hadrut planı” ilə gəlir? – “Erməniləri Hadruta qaytarmaq, sonra isə...”

Tarix:5-05-2021, 20:56
Baxış Sayı:17

Lavrov Bakıya “Hadrut planı” ilə gəlir? – “Erməniləri Hadruta qaytarmaq, sonra isə...”


"Sergey Lavrovun İrəvana getdiyi gün "Hadrut erməniləri”nin Ermənistan Xarici İşlər Nazirliyinin önündə aksiya keçirməsi təsadüfi deyil. Ermənilər sülhməramlıların nəzarət etdiyi ərazilərə yox, məhz Hadruta qayıtmağı tələb edirlər”.

Sfera.az-ın məlumatına görə, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. O qeyd edib ki, bu, rusların erməni qoşunların Qarabağda çıxarılmasından sonra ehtiyatda saxladıqları "Hadrut planı”nın tərkib hissəsidir:

"Çünki ermənilərin Hadruta qayıtması rus sülhməramlılarının da bu əraziyə daxil olması deməkdir və burada iki hədəf var. Birincisi, siyasi hədəf - ermənilərin Hadruta qayıtması "status” məsələsində perspektiv imkanlar yarada bilər. İkincisi, hərbi hədəf - Hadrut Şuşa, Laçın, Xankəndi ilə sərhəddir.

Azərbaycan ordusunun bu bölgədəki mövqeyi ermənilərin yaşayacağı Xankəndi və Xocavəndin bir hissəsinə nəzarət imkanı verir. Ermənilər qayıdarsa və Hadrutda rus sülhməramlıları yerləşərsə, Rusiya bütün Araz boyu istiqamətinə - Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan – nəzarət etmək imkanı qazanır”.

A.Nərimanlı bildirib ki, müharibə vaxtı Ermənistana gedən bütün erməni "qaçqın”ların məhz "Hadrut uğrunda” təşkilatı ətrafında birləşməsi də buna hesablanmış addımdır: "İndi Lavrovun İrəvana gəlişi günü eyni tələblər yenidən gündəmə gətirilir. Bu isə Rusiya baş diplomatının Bakıya özündə erməni mülki əhalinin Hadruta qayıtmasını əks etdirən təkliflərlə gələcəyi ehtimalını artırır. Moskva bununla erməni qoşunların çıxarılmasından sonrakı dövrdə Qarabağda strateji üstünlük qazanmağa çalışır”.

Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
Rusiyada helikopter qəzaya düşdü
Rusiyada helikopter qəzaya düşdü
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL