kanal1

Kamaləddin Qafarov baş həkimlərin həbsindən niyə narahat olub? – İzlər onu ələ verə bilər

Tarix:30-04-2021, 14:26
Baxış Sayı:13

Kamaləddin Qafarov baş həkimlərin həbsindən niyə narahat olub? – İzlər onu ələ verə bilər

Milli Onkologiya Mərkəzinin direktor müavini, deputat Kamaləddin Qafarov üçün çətin dönəm başlayıb.

Sfera.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, sabiq səhiyyə naziri Oqtay Şirəliyevin tutduğu vəzifədən azad edilməsi, eləcə də səhiyyə sektorundakı səs-küylü həbslər Kamaləddin Qafarovu ciddi şəkildə narahat edib. Onun bu narahatlığının isə özəl səbəbləri var.

Belə ki, K.Qafarov keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin kadrı sayılır və məhz bu yaxınlıq ona dərman bazarında nəhəng biznes şəbəkəsi qurmağa imkan tanımışdı.

Müxtəlif zamanlarda ölkə mediasında K.Qafarova bağlı olan şirkətlərin siyahısı dərc edilib. Odur ki, təkrarlığa yol vermədən yalnız onu qeyd etmək istərdik ki, bu şəxs ölkənin başlıca dərman monopolistlərindən biri sayılır. Sahibi olduğu şirkətlər vasitəsilə dərman təminatı sektorunda əsas söz sahiblərindən birinə çevrilmiş K.Qafarov yeni dönəmdə biznesinin çətin günlər yaşayacağını bilir.

Oqtay Şirəliyevin uzun illik nazirlik dövründə böyük tenderlərin şəriksiz qalibi olmuş K.Qafarov başa düşür ki, artıq heç nə əvvəlki kimi olmayacaq. Hətta nəinki əvvəlki kimi olmayacaq, əksinə məşhər ayağına çəkiləcəyi də istisna deyil.

Bu baxımdan təkcə bir faktı qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılan və barəsində həbs qətimkan tədbiri seçilən "Yeni Klinika”nın direktoru Pərviz Abbassovla K.Qafarovun isti münasibətləri olub. Bu münasibətlər isə heç də şəxsi münasibət zəminində yox, işbirliyi formasında olub. Odur ki, məlum həbslər K.Qafarovu ciddi şəkildə narahat edib.

Onun korrupsiyada iştirakçı olduğu şübhəsilə saxlanılan yüksək vəzifəli həkimlərlə əlaqəsinin hansı formada olması təbii ki, istintaqın gedişində aydınlaşacaq. Bizə isə prosesin sonunu gözləmək qalır.

“Bazarstore” satılan bu makaronlarda təhlükəli maddə aşkarlanıb?
“Bazarstore” satılan bu makaronlarda təhlükəli maddə aşkarlanıb?
Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq iddiaları
Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq iddiaları
Binəqədi rayonunda növbəti qanunsuz tikinti-Videofakt
Binəqədi rayonunda növbəti qanunsuz tikinti-Videofakt
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO
Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video