kanal1

“Fazil Məmmədovla Alimpaşa Məmmədov elə bir “məktəb” keçiblər ki...” – Şəmkirli iş adamı

Tarix:29-04-2021, 18:48
Baxış Sayı:23


“Fazil Məmmədovla Alimpaşa Məmmədov elə bir “məktəb” keçiblər ki...” – Şəmkirli iş adamı

“Oliqarx məmurların nəzarəti ilə qəbul edilmiş qanunların hamısına yenidən baxılmalı və dəyişdirilməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun qanunsuz əməllərinin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aşkara çıxarılması fonunda məmurların bulaşdığı korrupsiya çirkabı ilə bağlı danışan Şəmkirdən olan iş adamı Şahin Nəcəfov deyib.

Şahin Nəcəfov qeyd edib ki, Şəmkirdə bütün dövlət orqanlarında analoji vəziyyət hökm sürür:

“Şəmkirə gələn hər bir məmur özünü saki sanki quldur kimi aparır. Təkcə icra başçısı yox, “Azəriqaz”ın regional idarəsindən tutmuş hüquq-mühafizə orqanlarına qədər vəziyyət eynidir. Bura gələn hansı niyyətlə gəlir, özlərini nə hesab edirlər, çox maraqlıdır.

Şəmkirdən siyasi hakimiyyətdə təmsil olunan Fazil Məmmədov idi, onun da Şəmkirə vurduğu zərbəni heç kim vurmayıb. O, Şəmkirə qarşı ən hörmətsiz davranan şəxs olub. Biz indi də Fazil Məmmədovun vurduğu ziyanın əziyyətini çəkirik.

Təsəvvür edin ki, Şəmkirdəki dövlət heabına abadlaşdırılmış yerlər, gəlirli sahələr hamısı Fazil Məmmədov, Alimpaşa Məmmədov və onların ətrafına məxsusdur. Bütün bunları araşdıran yoxdur. Dövlət qurumlarını tacir təfəkkürü ilə idarə edirlər. Hamısı çirkaba batıb deyə bir şey də deyə bilmirlər.

Buna görə də Alimpaşa Məmmədovun qanunsuz əməlləri ilə bağlı vaxtında ölçü götürülməyib. Necə olur, axı bir nəfər 10-15 il eyni rayonu çapıb-talayır, ancaq heç kəsin xəbəri olmur? Taqorun bir sözü var: Kiçik həqiqətlər üçün aydın sözlər, böyük həqiqətlər üçün böyük sükut var”.

Ölkədə həqiqət o qədər çılpaqdır ki, oğurlayan da bilir ki, nə oğurlayır, başqaları da onun evlərinin, obyektlərinin sayını bilir. Buna nəzarət edən orqanların elə bil, bunları görmürlər. Əslində, axtarsan, elə onların da milyardları var. Yəni obrazlı desək, bataqlığı qurutmayana qədər ağcaqanadlardan canımızı qurtara bilməyəcəyik”.

İş adamı ölkədə korrupsiyanın kökünün kəsilməsi ilə bağlı bir sıra təkliflər də sələndirib:

“Korrupsiyadan qurtulmaq üçün sovetdən qalma ərazi idarəetmə sistemi ləğv olunmalıdır. Azərbaycanda uzaqbaşı 14-16 ərazi idarəetmə quruluşu olmalı, Böyük Şəhər Bələdiyyələri yaradılmalıdır. Regionların sosial-iqtisadi inkişafına 3 proqramda 114 milyarda yaxın pul xərclənib. Amma regionların büdcədə ağırlığı 4 faizdir.

Prezident birinci bunun səbəbini soruşmalıdır. Niyə? Bu vəsaitlər iş adamlarını ortaya çıxarmalı idi. Dövlətdən vəsait vəsaitlər ayrıldıqca, oliqarx nazirlər, icra başçıları “şişdilər” və ortadakı iş adamları da iflas etdi. Oliqarx məmurların nəzarəti ilə qəbul edilmiş qanunların hamısına yenidən baxılmalı və dəyişdirilməlidir.

Korrupsiyaanın mənbəyi bu anormal qanunlardır. Heç bir məmur iş adamının qapısını döyüb deməyib ki, mən qoçuyam mənə pul verməıliən. Deyib ki, sən qanunları pozursan. Bu qanunlar azad biznes üçün tələdir. Hansı yolla formalaşdığını bildiyimiz parlamentdən də keçiriblər bu qanunu ki, vətəndaşlar onları pozmağa məcbur olsun və onun pulunu alsınlar.

Alimpaşa Məmmədov da Fazil Məmmədovun vergidən yetişdirdiyi kadr idi. Onlar elə bir “məktəb” keçiblər ki, o məktəbdən hamı bu cür məzun olur”.

"Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" - “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Qasımov ona havadarlıq edir ŞİKAYƏT / FOTO
"Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" - “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Qasımov ona havadarlıq edir ŞİKAYƏT / FOTO
UNEC-in Dərbənd filialı ƏDALƏT SORAĞINDA - NARAZILIQ VAR...
UNEC-in Dərbənd filialı ƏDALƏT SORAĞINDA - NARAZILIQ VAR...
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
“Putinlə Zelenskinin görüşü hazırlanır”
“Putinlə Zelenskinin görüşü hazırlanır”
Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi