kanal1

Bələdiyyə sədri ÖZBAŞINA QALIB Kİ... - Qarabağ Qazisini DÖYÜB...

Tarix:27-04-2021, 19:02
Baxış Sayı:21

Bələdiyyə sədri ÖZBAŞINA QALIB Kİ... - Qarabağ Qazisini DÖYÜB...

Beyləqan rayonunun İmamverdili kənd bələdiyyəsində sədrlə qazi arasında qalmaqal olub.

Lent.az xəbər verir ki, həmin kənd sakini, Vətən Müharibəsi iştirakçısı, 30 yaşlı Teymur Kərimov bələdiyyə sədri tərəfindən döyülüb. Bu barədə o, özü saytımıza danışıb. Qazinin sözlərinə görə, onların arasında mübahisə anasının adına olan bələdiyyə torpağı üstündə yaranıb: “Anamın adına bələdiyyə torpağı var. Kəndlilərə 10-15 il müddətinə verilir. Həmin vaxt bitdikdən sonra bələdiyyə 120 manat rüsumla yenidən müddəti uzadır. Bizim torpağın müddəti də bitib. Torpaqda pambıq əkmişik. Sədr Rasim Əliyev də pambıq əkini qaldığı halda torpağı əlimizdən almaq istəyir. Qanuna görə, torpağın istismar müddətinin artırılması üçün vətəndaşa möhlət verilməlidir”.

T.Kərimov deyir ki, məsələni həll etmək üçün bələdiyyə sədrinin qəbuluna gedib və olay da həmin an baş verib: “44 günlük müharibədə Füzuli, Hadrut, Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Bir ayağım zədələnib. Əsa ilə gəzirəm. Aprelin 24-də qollarımdakı əsa ilə getdim bələdiyyə sədrinin qəbuluna. Xahiş elədim ki, səbr etsin, pambığımızı yığaq sataq, torpaqdan istifadə müddətini artıracağıq. Həmin an sədrin bacısı oğlu Vüsal da otaqda idi. Birləşib məni döydülər. Üç gündür Beyləqan rayon Mərkəzi Xəstəxanasında yatıram".

Məsələ ilə bağlı Lent.az bələdiyyə sədri Rasim Əliyevlə əlaqə saxlayıb. Sədr qazinin dediklərini təkzib etdi. O, belə bir hadisənin baş vermədiyini və qazinin dediklərinin yalan olduğunu bildirib: “Mən bələdiyyə sədriyəm, uşaq deyiləm. Məni ağsaqqal kimi qoyublar bu vəzifəyə. Qazini döymək iddiası tam yalandır. Elə bir hal olmayıb. Hazırda bu iş polisdədir, araşdırma aparılır. Sonda bilinəcək kim-kimi döyüb”.

Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
Rusiyada helikopter qəzaya düşdü
Rusiyada helikopter qəzaya düşdü
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL