kanal1

Azad olunmuş əraziyə keçmək istəyən üç qardaş minaya düşdü, biri öldü

Tarix:26-04-2021, 19:51
Baxış Sayı:10

Azad olunmuş əraziyə keçmək istəyən üç qardaş minaya düşdü, biri öldü


Bu gün Ağcabədi rayon sakinləri Şahin Verdiyev, qardaşı Aydın və Firdovsi Quliyev nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərərkən minaya düşüblər.

Bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilir.

Məlumata görə, Partlayış nəticəsində Ş.Verdiyev hadisə yerində ölüb, digər iki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətlərilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu çıxaraq zəruri prosessual istintaq-əməliyyat tədbirləri aparılmış, eləcə də müvafiq ekspertlərin və mütəxəssislərin iştirakı ilə baxış keçirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

İlkin araşdırmalarla mərhum Şahin Verdiyevin bu il martın 30-da işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd edərkən polis əməkdaşları tərəfindən saxlanılması və Ağdam Rayon Məhkəməsinin qərarı ilə 16 sutka inzibati qaydada həbs edilməsi müəyyən edilib.

“Vətəndaşlarımızı bu kimi hallardan nəticə çıxartmağa, həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq”, – deyə məlumatda qeyd olunur.

HƏMAS sabah azad edəcəyi qadın girovların adlarını açıqlayıb
HƏMAS sabah azad edəcəyi qadın girovların adlarını açıqlayıb
Aİ sanksiyaları ləğv etmək üçün Suriyadan Rusiya bazalarının ləğvini istəyib
Aİ sanksiyaları ləğv etmək üçün Suriyadan Rusiya bazalarının ləğvini istəyib
Fransanın iç üzü: neokolonializmə qarşı çıxanlar zorakılığa məruz qalır, həbs edilir - ŞƏRH
Fransanın iç üzü: neokolonializmə qarşı çıxanlar zorakılığa məruz qalır, həbs edilir - ŞƏRH
“Oktyabrdan bəri maaşımızı vermirlər”
“Oktyabrdan bəri maaşımızı vermirlər”
216 qrup zərərsizləşdirilib - Nazir kriminal statistikanı AÇIQLADI
216 qrup zərərsizləşdirilib - Nazir kriminal statistikanı AÇIQLADI
“Solida” paltar mağazasında kartdan-karta əməliyyatı - Vergidən yayınma
“Solida” paltar mağazasında kartdan-karta əməliyyatı - Vergidən yayınma
Telefonu yoxlamaya gələnlərin üzünə çırpan baş həkimin köməkçisi: "Fəaliyyətimiz davam edir"
Telefonu yoxlamaya gələnlərin üzünə çırpan baş həkimin köməkçisi: "Fəaliyyətimiz davam edir"
Azərbaycanda yay məktəbləri: təhsil, yoxsa biznes?
Azərbaycanda yay məktəbləri: təhsil, yoxsa biznes?