kanal1

Hüquq müdafiəçisi məlum video qalmaqalından danışdı: - “Mirələmovun həyat yoldaşı...“

Tarix:26-04-2021, 14:24
Baxış Sayı:38

Hüquq müdafiəçisi məlum video qalmaqalından danışdı: - “Mirələmovun həyat yoldaşı...“
“Seksual qısnamaya təkcə Azərbaycanda deyil, bütün dünyada rast gəlinir. Amma dünyada qadınlar öz hüquqlarını müdafiə edirlər. Məsələn, İsrailin prezidenti də kabinetində öz işçisinə qarşı uyğunsuz hərəkət etmişdi. Həmin qadın onu məhkəməyə verdi”.

Bu sözləri sabiq deputat Hüseynbala Mirələmovun qeyri-etik videosuna münasibət bildirən hüquq müdafiəsi Novella Cəfəroğlu Yenisabah.az-a açıqlamasında deyib. Həmsöhbətimiz viideodakı qadının həm Mirələmovu, həm də görüntüləri yayan şəxsi məhkəməyə verməli olduğunu vurğulayıb:

“Mən dedim ki, qadın həm Mirələmovu, həm o videonu çəkəni məhkəməyə versin. Biz də onun arxasında dayanıb müdafiə edək. Əgər qadının özü istəmirsə ki, onu müdafiə etsinlər, biz niyə müdafiə edək? Kim bizə müraciət edirsə, biz hamısının arxasında dayanıb sonadək gedirik. Qorxmamaq, cəsarətli olmaq lazımdır. Əgər qadına təcavüz varsa, o, bizə müraciət etsin, biz onun problemini həll edər, işinə də bərpa edərik. Bütün dünyaya qadının qorxusuz olduğunu göstərərik. Bizə belə hallarda müraciət edən qadınlar müəyyən qədər olub, nəticədə təcavüzkarı işdən də çıxartdırmışıq. Lakin çoxluq təşkil etməyib. Çünki çox qadın risk edib bunu heç kəsə demir”.

Hüquq müdafiəçisi qeyd edib ki, Mirələmov məsələsi ən azı 4-5 ay bu kimi əməllər törədən məmurları öz yaramaz əməllərindən uzaqlaşdıracaq:

“Bilirsiz, mən başa düşürəm ki, vəziyyət çətindir, hamı işləmək istəyir, təəssüf ki, bəzən də bu kimi hallarla rastlaşılır. Bizim qadınlar cəsarətli olmalıdır, ya həmin məmura şillə vurmalıdır, ya da onu bütün hər yerdə biabır edəcəyini deməlidir. Mən həmin qadının yerinə olsam, onu elə şantaj eləyərəm ki, o, mənə tabe olar. “Əgər bir də mənə yaxınlaşsan, səni bütün dünyada biabır edəcəm”,-deyərəm. Qadında özünü qorumağa cəsarət olmalıdır. Həm də qanunu az-çox bilməlidir”.

QHT sədri son olaraq belə videoların yayılmasını düzgün hesab etmədiyini də diqqətə çatdırıb:

“Düzü, mən Mirələmov məsələsinin belə ictimailəşməsinin tərəfdarı deyildim. Onu çəkən adam videogörüntünü səssiz şəkildə aparıb quruma təqdim edib Mirələmovu işdən çıxartdıra bilərdi. Axı burada həm görüntüdəki qadının ailəsi, həm də Mirələmovun xanımının keçirdiyi hislər var. Axı onların hər ikisinin hüquqlar pozulur. Mirələmovun həyat yoldaşı bu hərəkətə görə bütün qohumlarının, tanışlarının yanında biabır olur. Birini qoruyanda, digərini də fikirləşmək lazımdır. Biz seksual qısnama və təcavüz kimi məsələləri məhz ona görə ictimailəşdirmirik. Amma hadisəni törədən şəxsi işdən çıxartdırır, iş yerində biabır edirik”.

Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Xırdalan 2 saylı məktəbin müəllimi Vəfa Həziyevanın ŞOK SƏS YAZISI YAYILDI -VİDEO
Xırdalan 2 saylı məktəbin müəllimi Vəfa Həziyevanın ŞOK SƏS YAZISI YAYILDI -VİDEO
“Aristokrat” klinikasında Dr. İxtiyar Məmmədov sertifakatsız,lisenziyasız necə stomotoloq kimi çalışır?
“Aristokrat” klinikasında Dr. İxtiyar Məmmədov sertifakatsız,lisenziyasız necə stomotoloq kimi çalışır?
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...