kanal1

Bələdiyyələrlə İş Mərkəzi: inkişaf yoxsa tənəzzül?!... - Araşdırma

Tarix:19-04-2021, 12:08
Baxış Sayı:18

Bələdiyyələrlə İş Mərkəzi: inkişaf yoxsa tənəzzül?!... - Araşdırma


Bələdiyyələrin necə yarandığı və fəaliyyət göstərdiyi dövrlərdə özünü necə göstərdiyi barədə uzun-uzadı danışıb dəyərli oxucularımızı yormaq istəmirik. Xüsusilə pandemiya dövründə yerli özünüidarəetmə orqanlarının fəaliyyətsizliyi siyasi idarəetmədə kəskin boşluqların olduğunu üzə çıxardı.Təəssüflər olsun ki, bələdiyyələr tariximizdə "torpaq satanlar" brendi adı altında xatırlanacaqlar. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən və bütün sahələri əhatə edən islahatlar bir çox hallarda aşağıdakı qurumlar tərəfindən tormozlanır. Təbii ki, həmin andan etibarən orta statistik azərbaycanlının beynində dövlətə qarşı potoloji nifrət formalaşır. Bu nifrəti formalaşdıranlar isə idarəetmə sisteminin müxtəlif qollarında əyləşən məmurlardır. Misal üçün Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin fəaliyyətinə qısa nəzər salaq. Məlumat üçün bildirək ki, adıçəkilən mərkəz yarandığı andan bu günə qədər yerli özünüidarəetmə orqanlarının qəniminə çevrilib. Dəfələrlə bələdiyyə sədrləri ilə səmimi söhbətlər zamanı bu mərkəzin əlindən necə "qan ağladıqlarının" şahidi olmuşuq. Həmişə özümüzə təsəlli vemişik ki, müddət keçdikcə bu adamlar da zamanın tələbi ilə ayaqlaşacaqlar. Təəssüf ki, bu illərdə Bələdiyyələrlə iş mərkəzində dəyişən ancaq rəislər olur, idarəetmədə isə köhnə hamam köhnə tas. Rəhman Məmmədov Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifəsinə ədliyyə işçilərinin peşə bayramı ərəfəsində təyin edilib. Belə əlamətdar gündə Ədliyyə Nazirliyinin Şəki Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsindən mərkəzə qədər irəliləməyi bacarıb. Rəhbərlik ona etimad göstərərək, respublika bələdiyyələri ilə birlikdə çalışacaq mərkəzə başçılıq etməyi həvalə etdi. Fəaliyyəti dövründə ona bəslənilən ümidləri doğrulda bildimi Rəhman Məmmədov?... Bu yerdə fikirlərimiz haçalana bilər. Biz isə apardığımız araşdırmaların və təhlillərin nəticəsində əldə etdiyimiz məlumatları dəyərli oxucularımızla bölüşə bilərik. 1 il 6 aylıq fəaliyyəti dövründə Rəhman Məmmədov bələdiyyələrə inzibati nəzarəti həyata keçirən qurumun rəhbəri kimi yerli özünüidarəetmə orqanlarının "ölü quruma" çevrilməsi üçün əlindən gələni edib. Bələdiyyələrə qarşı yaradılan süni maneələr, bürokratik əngəllər o səviyyəyə çatıb ki, yaxın zamanlarda bələdiyyə sədrlərinin üsyana qalxdıqlarını müşahidə edəcəyik. Xüsusilə, Bakı şəhərində formalaşan 53 bələdiyyələrin hamısı iflic vəziyyətindədir. İşçilərinin maaşlarını belə verə bilməyən bələdiyyə sədrləri xirtdəyə qədər borcun altında batırlar. Pandemiya dövrünün spesifik çətinliklərini də nəzərə alsaq bələdiyyələrin nə gündə olması barəsində təsəvvürümüz yarana bilər. Belə bir zamanda Bələdiyyələrlə iş mərkəzinin rəhbərliyi tərəfindən bələdiyyə sədrlərinə qarşı irəli sürülən qanunsuz tələblər yerli özünüidarəetmə orqanını intihar həddinə çatdırmaqdır. Heç kimə sirr deyil ki, hal hazırda Bakı şəhərinin torpaqları satılaraq tar-mar edilib. Bələdiyyələrin ümidləri ancaq vergi və icarə haqqlarından gələn vəsaitə tikilib. Acınacaqlı durumda olan bələdiyyə sədrləri işçilərinin maaşlarının və borclarının ödənməsi üçün mənbə tapmaq əvəzinə ayda 1 dəfə mərkəz rəisi Rəhman Məmmədovun qəbulundan keçməlidir. Bu hal artıq məcburi göstərişə çevrilməkdədir.
Məlumat üçün bildirək ki, Bakı şəhərində mövcud olan qəbirstanlıqların idarə olunması bələdiyyələrə həvalə olunub. Bu xəbəri eşidib sevinən bələdiyyə sədrlərinin çöhrəsinə bir müddət sonra kədər çöküb. Aydın olur ki, Bələdiyyələrlə iş mərkəzi "qəbirstanlıq biznesi"ni öz əllərində cəmləşdirməyə cəhd edir. Zarafat deyil, söhbət milyonlarla gəlirdən gedir. Hələ Şəkidən Bələdiyyələrlə iş sahəsində kifayət qədər təcrübə qazanan Rəhman Məmmədovun bu fürsəti əldən verəcəyinə inanmaq sadəlövhlük olardı. Sabah dünyasını dəyişənlərimiz üçün məzar yerinin alınmasında fantastik qiymətlərlə rastlaşsaq heç kim təəccüblənməsin. Çünki “qəbirstanlıq biznesi"nə qoşulanların siyahısına bələdiyyələr də daxil oldu və qiymət artımı qaçılmazdır. İldə dövlət tərəfindən ayrılan bir milyon manatdan çox dotasiya daxil olmaqla, "qəbirstanlıq biznesi”ndən gələn milyonları nəzərə alsaq, bələdiyyə sədrlərinin Rəhman Məmmədovun qarşısında "məsuliyyətli" olmaları qaçılmazdır. Bələdiyyə sədrləri isə hələki susurlar. Belə görünür ki, su boğazlarına çatana qədər susacaqlar. Baş verənlərin əks-sədası həmişə olduğu kimi dövlətə və xalqa dəyəcək. Bələdiyyələrlə iş mərkəzinin fəaliyyətinin təhlilini əks etdirən araşdırma yazılarımızla yaxın vaxtlarda tanış olacaqsınız. Mövzuda adıçəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

ARAŞDIRMA qrupu

Stimulxeber.az

Leyla Əliyeva ağacəkmə aksiyasında - FOTO
Leyla Əliyeva ağacəkmə aksiyasında - FOTO
COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO
COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO
Azərbaycanda məşhur şirkət LƏĞV EDİLİR
Azərbaycanda məşhur şirkət LƏĞV EDİLİR
“COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı
“COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı
Prezident bu nazirə ali xüsusi rütbə verdi
Prezident bu nazirə ali xüsusi rütbə verdi
“Əmək miqrantlarına ehtiyacımız var”
“Əmək miqrantlarına ehtiyacımız var”
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
 İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
 İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."