Hasil Rəcəb oğlu Məmmədov 1953-cü ildə Mingəçevir şəhərində anadan olub. Təhsilini Mingəçevir Politexnik Texnikumunun “Tikinti” ixtisai üzrə başlayaraq, Kiyev Dövlət Mühəndislər Universitetin bitirərək ali təhsilini almışdır. Mingəçevir 4 nömrəli Təmir-Tikinti Trestinin rəhbəri olaraq çalışmışdır. Hal-hazırda Sabunçu rayon Əmlak Məsələləri Dövlət Komitəsinin tabeçiliyində olan Mexanizasiya və Tikinti İdarəsinin rəisi vəzifəsində çalışır.
İşıqlar şəhəri Mingəçevir daima öz ziyalılarıyla, namuslu, qeyrətli oğullarıyla, müəllimləri, alimləri, mühəndisləri, yaradıcı insanları və həkimləriylə sayılıb seçilən bir şəhərdir.
68 il bundan öncə, 10 aprel tarixində Mingəçevir şəhərində dünyaya göz açan, ömrünün bu çağında da yorulmadan xalqına xidmət edən, qürurlu, vətənpərvər Hasil müəllim, doğum günüsüz, yaşadığınız şərəfli və gərəkli 68 iliniz mübarək, deyir, ürək sözlərimi, qəlbimdən keçən hər kəlməni qələmə alaraq belə dəyərli insana, sadiq ailə başçısına, mehriban, qayğıkeş ataya, gəlininə-ata qayğısı göstərən qayınataya, babaya ünvanlayıram.
Bilmirəm nədən, hardan başlayım ki, ürəyincə olsun. Açığını deyim ki, bir az da yazmaqda çətinlik çəkirəm. Çətinlik çəkirəm ona görə ki, belə ailcənab, üzü, qəlbi nurlu insan haqda fikirlərimdə nəyisə unutmuş qələmə almamış olaram. Ümid edirəm ki, elə olduğu halda Hasil müəllim günahımdan keçmiş olur.
Dəyərli bir ömür yaşayan, yaşadığı ömrü qurub yaratmağa, xalqın rahat, xoşbəxt rifahı naminə əlindən gələni əsirgəməyən bir insanın yaşadığı ömür yolunu işıqlandırmaq məsuliyyətini öz üzərimə götümüşəm. Adına layiq canlandıra biləcəyəmmi, keçdiyi ömür yolunu.
Həyat yoldaşı Tehranə xanım, övladları Sevanə, Turanə və Tural, nəvələri Şəkurə, Mahmud və Ahu, kürəkənləri Rizvan və Sahil, gəlini Günay xanım, dost-tanışları, yaxınları, qohum-əqrəbası necə, razı qalacaqlarımı qələmimin qüdrətindən?
Ancaq qarşıma məqsəd qoymuşdum. Yükəsk mədəniyyəti, vətənpərvərliyi, xeyirxah əməlləri, qurub-yaratmaq arzusu ilə qəlblərdə özünə məskən salan, işini kamil bilicisi-vurğunu olan belə dəyərli insan haqqında məhz onun bu gözəl günündə-dünyaya gəlişinin 68 ilində yazıb bütün dünyaya çatdırmaq İnşallah.
Öncə Uca Tanrının qüdrətinə, sonra isə qələmimin gücünə arxalanıram. İnanıram ki, ağ kağız üzərində canlandırdığım hər an, sətirdəki kəlmələr, səmimi sözlər, qəlbimdən süzülüb axan hər bir cümlə yazının səbəbkarı Hasil Rəcəb oğlu Məmmədovun adına, keçdiyi ömür yoluna layiq olacaq.
Hasil Məmmədovla, belə dəyərli elağsaqqalı, gözəl ailə başçısı, səmimi ər, qayğıkeş ata, qaynata, baba barədə yazmağa başlayanda fikirləşdim ki, haradan və nədən başlayım, də ad qoyum düşüncələrimə?! Nə yazım, nə deyim ki, ürəyim rahat olsun?!
Ancaq onu sevən ailəsinin doğmalarının, əzizlərinin, nəvələrinin, övladlarının, gəlininin onunla bağlı söylədiyi sözləri nəzərə alaraq yazıma, beləcə başlamaq qərarına gəldim. Onunla bağlı söylənilən fikirlər, o ailənin gəlini Günayın dilindən eşitdiyim kəlmələr diqqətimi çəkdi. Təəssüf ki, yaşadığımız narahat dünyamızda bütün bu kimi insani keyfiyyətlərə malik olan insanlar çox azdır. Barmaqla sayılacaq qədər az.
Ancaq düşünürəm ki, nə yaxşı ki, belə saf, təmənnasız, sadiq insanlar az da olsa var. Yazımın əsas qəhrəmanı Hasil ata kimi...
Bahar fəslində dünyaya göz açan Hasil müəllim haqqında danışarkən insanın üzündə bir gülüş, təbəssüm oyanır.
İnsanpərvərlik, zəhmətsevərlik, mehribanlıq, qayğıkeşlik, dostcanlılıq, mülayimlik, həlimlik, şirindillilik, yüksək mədəniyyət! Və daha nələr, nələr...
Sadiq ailə başçısı, qayğıkeş ata, səmimi baba... Böyüklə-böyük, kiçiklə-kiçik. Məhz bu müsbət xüsusiyyətlərinə görə hamı onu sevir, ona hörmət bəsləyir. Və əlbəttə ki, bu sevgini, məhəbbəti o özü qazanıb: insanlığı, səmimiliyi, mehribanlığı ilə.
Böyük, tükənməz sevgiyə layiqdir Hasil müəllim. Mən Hasil müəllim haqqında çox sözlər deyə, çox şeylər yaza bilərəm. Və onu da qeyd etmək istəyirəm ki, bu cür xoş sözləri hər insan haqqında demirəm və yazmıram. Sadəcə bunlar mənim içimdən, qəlbimdən gələn ürək sözlərimdir.
Böyük alman filosofu Kantın belə bir fikri düşdü yadıma:” - Ən böyük ləyaqət yüksək tərbiyənin məhsuludur”.
Doğurdan da öz yüksək ləyaqəti, xeyirxah əməlləri ilə Hasil müəllim çox-çox yüksəkdə durur. Və heç şübhəsiz ki, bu tərbiyə ona elə öz valideyinlərindən, nəslindən, genindən gəlməkdir.
Odur ki, belə dəyərli insanların qədrini bilməliyik. Bəli, elə insanlar var ki, harada, hansı yaşda olmasından asılı olmayaraq hər zaman xeyirxah əməlləri, insanlığı, gördükləri işləri, əqidələri, ləyaqətləri və sədaqətlərilə. Bu günümüzün qəhrəmanı Hasil Məmmədov kimi. Əlbəttə ki, sağlıqlı uzun ömür, firavan xoşbəxt həyat.