kanal1

Azərbaycanda dəhşət - Bacı-qardaş yaşlı valideynləri tərəfindən atıldı - FOTO

Tarix:2-04-2021, 10:08
Baxış Sayı:17

Azərbaycanda dəhşət - Bacı-qardaş yaşlı valideynləri tərəfindən atıldı - FOTO


Bərdə rayonundan olan 9 və 6 yaşında olan bacı-qardaşı valideynləri atıb.
"Ölkə.Az" xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, 71 yaşlı ata və 43 yaşlı ana iki azyaşlı övladları ilə vidalaşaraq onları sığınacaqda qoyub gediblər.

“Uşaqlar əvvəlcə “Səni Axtarıram” verilişinə aparılıb. Daha sonra bura gətirilib. Ata deyir ki, ana "səy"dir, ana deyir ata "qoca səydir". Bir-birlərinə "səydərək" deyən valideynlərin vicdansızlığının bədəlini kim ödər? Əlbəttə ki, bu iki uşaq”, - deyə Kəmalə Ağazadə bildirib.

Onun sözlərinə görə, bununla bağlı Bərdə rayon İcra Hakimiyyəti və digər müvafiq qurumlar məlumatlandırılıb.

Məsələ ilə əlaqədar Bərdə rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumun Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Əlzamin İsayev BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu barədə araşdırma aparacaq və nəticə barədə məlumat verəcək.Azərbaycanda dəhşət - Bacı-qardaş yaşlı valideynləri tərəfindən atıldı - FOTO

Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
Rusiyada helikopter qəzaya düşdü
Rusiyada helikopter qəzaya düşdü
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL