kanal1

Vətən müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə edib - FOTO

Tarix:31-03-2021, 14:39
Baxış Sayı:16

Vətən müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə edib - FOTO


Vətən müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə edib.
Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) nümayəndəsi Caliber.az-a müsahibəsində bildirib.

- Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan, baş nazir Nikol Paşinyan və Ermənistan Müdafiə Nazirliyinin keçmiş baş hərbi müfəttişi Movses Akopyan 44 günlük müharibə zamanı Ermənistanın Azərbaycana qarşı “İskəndər” raket kompleksindən istifadə etdiyini bildirdi. Son günlərdə bu məsələ yenidən erməni mediasında müzakirə mövzusuna çevrilib, sosial şəbəkələrdə isə raketin atılmasını göstərən videolar tirajlanmağa başlayıb. Bu cür açıqlamaları necə şərh edərdiniz?

- Bu cür açıqlamaları şərh etmək bizim səlahiyyətimizdən kənardır.

- Bəlkə işçiləriniz hər hansı bir raket parçası tapıblar?

- 2020-ci ilin dekabrından bəri işğaldan azad edilmiş Şuşa şəhərində Minaların Təmizlənməsi Agentliyi mina təmizlənməsi və döyüş sursatlarının zərərsizləşdirilməsi işlərini davam etdirir. 15 mart 2021-ci il tarixdə şəhərdə agentlik əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı iki partlamış raketin parçaları tapılıb.

- Qalıqların tapıldığı yerin koordinatlarını verə bilərsinizmi?

- Raket parçalarının coğrafi koordinatları belədir: 39 ° 45'38.10 “N 46 ° 44'33.90” E və 39 ° 45'27.80 “N 46 ° 45'25.80”E. Agentliyin mütəxəssisləri tərəfindən raketin identifikasiya nömrəsini (9M723) araşdırarkən onun qalıqlarının “İskəndər” raket sisteminə aid olduğu aşkar edilib.

Hətta açıq internet mənbələrində axtarış apararkən belə 9M723 eyniləşdirmə nömrəsinin “İskəndər” raketinə aid olduğunu müəyyən etmək mümkündür.

Bütün bunlar Vətən müharibəsi dövründə, xüsusən Şuşa şəhərini dağıtmaq üçün Ermənistanın Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə etdiyini təsdiqləyir.

Vətən müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə edib - FOTOVətən müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə edib - FOTOVətən müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə edib - FOTOVətən müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə edib - FOTOVətən müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə edib - FOTO

Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
Rusiyada helikopter qəzaya düşdü
Rusiyada helikopter qəzaya düşdü
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL