kanal1

Millət vəkilindən şok iddia: “Ermənistan tərəfində minalanmış ərazilərin xəritəsi yoxdur, bu da beynəlxalq cinayətdir və cinayətinə görə cavab verməlidir”

Tarix:25-03-2021, 11:19
Baxış Sayı:13

Millət vəkilindən şok iddia: “Ermənistan tərəfində minalanmış ərazilərin xəritəsi yoxdur, bu da beynəlxalq cinayətdir və cinayətinə görə cavab verməlidir”


Erməni tərəfinin Azərbaycana minalanmış ərazilərin xəritələrinin verilməməsi 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli sülh bəyanatların həyata keçirilməsində əsas problem olaraq qalmaqdadır.
Bunu “Ölkə.Az” a açıqlamasında millət vəkili Sabir Hacıyev deyib.
Millət vəkilinin sğzlərinə görə, beynəlxalq praktikaya uyğun olaraq münaqişə və müharibə edən tərəflər sülh sazişi əldə etdikdən sonra minalanmış ərazilərin xəritələrini qarşı tərəfə verməlidir. “Amma Ermənistan tərəfi təkcə əldə edilmiş üçtərəfli sülh sazişinin razılaşmalarını deyil, eyni zamanda beynəlxalq hüququ kobud şəkildə pozaraq beynəlxalq cinayət hərəkəti törətməkdədir. “Fikrimcə, Ermənistan tərəfinin minalanmış ərazilərinin xəritəsinin verməsinin əsas səbəblərindən biri minalanmış ərazilərin dəqiq xəritəsinin olmaması ilə əlaqədardır. Beynəlxalq hüququn tələbinə uyğun olaraq əraziləri xəritə əsasında deyil, necə gəldi minalayıblar. Minalanmış ərazilərin dəqiq yerini bilmədikləri üçün də xəritə ni vermək istəmirlər və müxtəlif bəhanələrlə xəritəni verməkdən boyun qaçırırlar. Əgər varsa, mütləq verməlidirlər. Əks təqdirdə bu hərəkət beynəlxalq hüquqa zidd olduğu üçün beynəlxalq xarakterli cinayətdir və Ermənistan tərəfi bu əməlinə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir.
Digər tərəfdən isə beynəlxalq praktikaya uyğun olaraq ərazilər minalanarkən həmin ərazinin xəritəsinin bir neçə surəti hazırlanır. Hətta varsa və xəritə verilmirsə, bu, yenə də cinayət xarakterli addımdır. Əldə edilmiş razılaşmaların kobud surətdə pozulması, bölgədə sülhün, qarşılıqlı etimad mühitinin formalaşmasını süni şəkildə əngəllənməsi deməkdir. Xəritələrin verilməməsi ərazilərim minalardan təmizlənməsi və insanların öz yurdlarına qayıtması prosesini ləngidir. Bununla yanaşı həm hərbçilərin, həm də mülki insanların ölümünə səbəb olur. Bu da bir daha erməni xislətinin, vəhşiliyinin, qanunlara hörmətsiz yanaşdığının bariz göstəricisidır”-millət vəkili qeyd edib.
Millət vəkili hesab edir ki, xəritələrin Azərbaycana verilməsi məsələsi Ermənistanın qarşısında şərt kimi qoyulmalı və bunda beynəlxalq təşkilatlar da iştirak etməlidir.

Gürcüstanda hərbçilər də hökumətə qarşı bəyanat verdilər
Gürcüstanda hərbçilər də hökumətə qarşı bəyanat verdilər
Ermənilər təşvişdə: COP29 bitdi, Bakının mövqeyi sərtləşəcək
Ermənilər təşvişdə: COP29 bitdi, Bakının mövqeyi sərtləşəcək
“Ora xüsusi vergi bölgəsi anlayışı gətirilməlidir”​
“Ora xüsusi vergi bölgəsi anlayışı gətirilməlidir”​
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–PREZİDENTƏ MÜRACİƏT/FOTOLAR
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–PREZİDENTƏ MÜRACİƏT/FOTOLAR
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... - DƏLİXANADIR, VALLAH...
BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... - DƏLİXANADIR, VALLAH...