kanal1

Lənkəranda silsilə tədbirlər davam edir - ÖZƏL

Tarix:19-03-2021, 11:06
Baxış Sayı:253

Lənkəranda silsilə tədbirlər davam edir - ÖZƏL















LƏNKƏRANDA İCRA BAŞÇISI VƏ PROKUROR İKİNCİ DƏFƏ PEYVƏND OLUNUB

Lənkəranda silsilə tədbirlər davam edir - ÖZƏL
















Respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesi müvəffəqiyyətlə davam etməkdədir. Əsas məqsəd ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdan ibarətdir.
Hazırda rayonda yaşı 50-65 və 65-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi aparılır.
Martın 18-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və rayon prokuroru Taryel Ələkbərov Mərkəzi Rayon Xəstəxanasında COVID-19 əleyhinə ikinci dəfə peyvənd olunublar. Vaksinasiyadan sonra İcra başçısı sakinlərlə səmimi söhbət edib. Söhbət zamanı vətəndaşlar pandemiya ilə mübarizə sahəsində görülümüş tədbirlərə, ölkədə vaksinləşmə prosesinin düzgün təşkilinə görə İcra başçısından onların adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını çatdırmağı xahiş ediblər.
T.Qaraşov vaksinasiya kampaniyasından heç kimin kənarda qalmamasının hər bir vətəndaşın, ailə üzvünün sağlamlığı üçün mühüm şərt olduğunu qeyd edərək, hamını bu prosesdə fəal iştirak etməyə çağırıb.
Məlumat üçün bildirək ki, əhalinin COVID-19-a qarşı vaksinasiya prosesini uğurla başa çatdırmaqdan ötrü Lənkəran Mərkəzi Rayon Xəstəxanasında lazımi şərait yaradılıb. Bu məqsədlə ayrılmış xüsusi otaqlar TƏBİB-in təlimatlarına uyğun zəruri avadanlıqlarla təchiz edilib.
Onu da qeyd edək ki, indiyə kimi Lənkəran rayonu üzrə 12000-nə yaxın vətəndaş COVİD-19 əleyhinə peyvənd olunub. 3000 nəfərdə isə koronavirus infeksiyasına qarşı ikinci doza peyvəndləmə aparılıb.

Lənkəranda silsilə tədbirlər davam edir - ÖZƏL
Lənkəranda silsilə tədbirlər davam edir - ÖZƏL
Lənkəranda silsilə tədbirlər davam edir - ÖZƏL









































Lənkəranda Milli Qəhrəman anıldı

Lənkəranda silsilə tədbirlər davam edir - ÖZƏL
















Düz 26 il öncə, 1995-ci ilin mart günlərində baş vermiş çevriliş cəhdinə qarşı mübarizədə həyatından keçmiş mərd Azərbaycan oğullarından biri də Əsgər Ələkbər oğlu Əliyev idi. Ölümündən sonra Azərbycanın Milli Qəhrəmanı adına layiq görülmüş Əsgər Əliyevin xatirəsi daim əziz tutulur. Hər il doğum və anım günləri qeyd olunur. Anadan olduğu Lənkəran rayonunda qəhəmanın abidəsi ucaldılıb.
Bu dəfəki anım günü pandemiya dövrünə düşsə də, həmyerliləri karantin rejimi qaydalarına riayət etməklə qəhrəmanın adını ehtiramla yad ediblər. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri onun abidəsi önünə tər güllər düzüb, ölməz ruhu qarşısında baş əyiblər.
Ali Ümumqoşun Komandirləri Məktəbinin kursantı olmuş 20 yaşlı Əsgər Əliyevin qısa, lakin şərəfli ömür yolundan bəhs edən icra hakimiyyətinin başçısı T.Qaraşov onun qəhrəmanlığının nəsillərə örnək olduğunu vurğulayıb, gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını qeyd edib. O bildirib ki, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan soydaşlarımızın arasında neçə-neçə lənkəranlı gəncin də olması burada qəhrəmanlıq ənənələrinin layiqincə davam etdirildiyini göstərir. Vətən naminə mübarizədə ölümün gözünə dik baxmış hər bir soydaşımızın adı bizim üçün əzizdir. İllər ötsə də, Əsgər kimi əbədi əsgərlərimizin hünəri şöhrət tariximizdə parlaq nümunə olaraq qalacaq.
Mərasimdə Milli Qəhrəmanın atası Ələkbər Əliyev çıxış edərək göstərilən diqqət və qayğıya görə ailəsi adından Lənkəran şəhər rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Lənkəranda silsilə tədbirlər davam edir - ÖZƏL
















LƏNKƏRAN ŞƏHƏR İCRA BAŞÇISI ONLAYN MÜŞAVİRƏ KEÇİRİB

Lənkəranda silsilə tədbirlər davam edir - ÖZƏL

















Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti onlayn video müşavirəsini şəhər, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri ilə keçirib.
Müşavirədə İcra başçısı T.Qaraşov koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə 2021-ci il yanvarın 19-dan vaksinləşmə prosesinin başlandığını, səhiyyə işçilərindən sonra bu işin digər əhali qrupları arasında davam etdirildiyini, vaksinləşmə kampaniyasının uğurla başa çatdırılmasından ötrü ərazi icra nümayəndələrinin və bələdiyyə sədrlərinin də üzərinə məsuliyyətin düşdüyünü qeyd edib
Müşavirə içtirakçılarına tapşırılıb ki, ictimai içlərə mühüm diqqət yetirməklə yazın gəlişi ilə əlaqədar kənd və qəsəbələrdə, şəhər ərazisində yaşıllaşdırma işlərinə diqqət artırılsın. Yol kənarlarında həmişəyaşıl ağac və gül kollarının, əkini təmin edilsin, səki və bardürlərdə səliqə-səhman işləri görülsün.
İcra nümayəndələrinə və bələdiyyə sədrlərinə şəhid ailələrinə, əsgərlərə, qazilərə, həmçinin evdə müalicə alan yaralı qazilərə xüsusi qayğı ilə yanaşmaları, onların problemləri ilə maraqlanmaları barədə ciddi tapşırıqlar verilib.
Müşavirədə erkən nikah probleminə toxunan İcra başçısı T.Qaraşov bu məsələnin müntəzəm diqqətdə saxlanılmasının vacibliyini önə çəkərək erkən nikahın qanunazid və yolverilməz olduğunu bir daha İcra nümayəndələrinin diqqətinə çatdırıb.
Sonda İcra başçısı inzibati ərazi dairəsi üzrə nümayəndəri və bələdiyyə sədrlərini dinləyərək onlardan yerlərdəki vəziyyət barədə məlumatlar alıb, aidiyyatı üzrə tapşırıqlarını verib.

Paşinyan: Ermənistan təkcə Azərbaycanla deyil, Türkiyə ilə də nəqliyyat əlaqələri qurmağa hazırdır
Paşinyan: Ermənistan təkcə Azərbaycanla deyil, Türkiyə ilə də nəqliyyat əlaqələri qurmağa hazırdır
Hərbi formanı qanunsuz daşıyanların cərimələri ARTIRILIR
Hərbi formanı qanunsuz daşıyanların cərimələri ARTIRILIR
Çağırışçılarla bağlı cərimələr artırılır
Çağırışçılarla bağlı cərimələr artırılır
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini
Samir Şərifova yeni vəzifə VERİLDİ
Samir Şərifova yeni vəzifə VERİLDİ
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
BDU-nun əməkdaşı vəfat etdi
BDU-nun əməkdaşı vəfat etdi
“Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
“Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?