kanal1

Əhməd Əhmədzadə: İrəlidə bizi işğaldan azad olunmuş yurd yerlərimizdə nəhəng quruculuq işləri gözləyir

Tarix:19-03-2021, 10:55
Baxış Sayı:349

Əhməd Əhmədzadə: İrəlidə bizi işğaldan azad olunmuş yurd yerlərimizdə nəhəng quruculuq işləri gözləyir





























Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Sədri Əhməd Əhmədzadə - Sizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı və səadət arzulayıram.

Novruz bayramı bizə ulu əcdadlarımızın təbiətin əbədi nizamına ehtiramını ifadə edən müqəddəs yadigarıdır. Bu bayram Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur. Yad təsirlərdən qoruyaraq layiqincə yaşatdığımız Novruz ənənələri çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın, eyni zamanda, bəşər mədəniyyətinə töhfəsidir.

Xalqımızın qalibiyyət ovqatını bütün qəlbi ilə yaşadığı bu bayram günlərində bir daha Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş qəhrəman övladlarımıza rəhmət diləyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik.

İrəlidə bizi işğaldan azad olunmuş yurd yerlərimizdə nəhəng quruculuq işləri gözləyir. İnanıram ki, yaz fəslinin qurub-yaratmaq əzmimizi artıran yeniləşdirici ab havası ilə həmahəng birlik və həmrəylik nümayiş etdirəcək, böyük qayıdış planımızı sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirəcək, doğma Qarabağı qısa müddətdə dirçəldəcəyik.

İşğal altında su anbarlarının sayı 9 (Suqovuşan su anbarı artıq azad edilib), su tutarlarının sayı 7 olub. Erməni işğalı altında olan torpaqlarımızdakı suvarma şəbəkələrinin uzunluğu 6426 km, hidroqovşaqların sayı 2, kollektor-drenaj şəbəkəsinin uzunluğu 330 km, hidrotexniki qurğuların sayı 8003, nasos stansiyalarının sayı 88, subartezian quyuların sayı 1429 ədəd olub.

Azərbaycanda 125 800 ha suvarılan torpaq sahəsi işğal altında qalmışdı.

Qələbədən sonra işğaldan azad edilən ərazilərimizdəki su təsərrüfatı və meliorasiya obyektlərinin sayının daha dəqiq müəyyən edilməsi üçün xüsusi komissiyalar yaradılacaq. Bu komissiyalar tərəfindən aparılan araşdırma nəticəsində istifadəyə yararlı olan su təsərrüfatı və meliorasiya obyektləri müəyyən ediləcək.

Qələbədən sonra həmin obyektlərin işə düşməsi su təminatı çətin olan ərazilərə suyun davamlı verilməsinə, əkin sahələrinin genişləndirilməsinə, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranacaq. Bütün bunlar isə son nəticədə ölkədə bol məhsuldarlığın yaranmasına imkan verəcək.

Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Bu bayram öz gəlişi ilə evinizə, ocağınıza bol ruzi-bərəkət və firavanlıq gətirsin!

Novruz bayramınız mübarək olsun!"



Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə 2021-ci il üzrə respublikanın rayonlarında əkilməsi nəzərdə tutulan pambıq sahələrinin suvarılması mövzusunda videokonfrans keçirilib

Əhməd Əhmədzadə: İrəlidə bizi işğaldan azad olunmuş yurd yerlərimizdə nəhəng quruculuq işləri gözləyir























Cəmiyyətin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən onlayn konfransda 2021-ci il üzrə respublikanın rayonlarında əkilməsi nəzərdə tutulan pambıq sahələrinin arat suyu ilə təmin edilməsi və vegetasiya suvarmasına hazırlıqla bağlı müzakirələr aparılıb. Videokonfransda Səhmdar Cəmiyyətin şöbə müdirləri və pambıq əkilməsi nəzərdə tutulan rayonların yerli istismar idarələrinin rəhbərləri iştirak edib. Cəmiyyətin şöbə müdirləri yerli istismar idarələrin nümayəndələri ilə birlikdə qarşılıqlı müzakirə aparıb.

İclasda Səhmdar Cəmiyyətin sədr müavini Zakir Quliyev cari ildə pambıq əkini nəzərdə tutulan sahələrin rayonda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərinin və pambıq əkini ilə məşğul olan şirkətlərin nümayəndələri ilə birlikdə dəqiqləşdirilməsi, həmin sahələrə xidmət edən suvarma şəbəkələrində, nasos stansiyalarda və subartezian quyularında həyata keçirilən təmir işlərinin vaxtında başa çatdırılması, mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə arat suvarmasının optimal müddətlərdə başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verdi.

Paşinyan: Ermənistan təkcə Azərbaycanla deyil, Türkiyə ilə də nəqliyyat əlaqələri qurmağa hazırdır
Paşinyan: Ermənistan təkcə Azərbaycanla deyil, Türkiyə ilə də nəqliyyat əlaqələri qurmağa hazırdır
Hərbi formanı qanunsuz daşıyanların cərimələri ARTIRILIR
Hərbi formanı qanunsuz daşıyanların cərimələri ARTIRILIR
Çağırışçılarla bağlı cərimələr artırılır
Çağırışçılarla bağlı cərimələr artırılır
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini
Samir Şərifova yeni vəzifə VERİLDİ
Samir Şərifova yeni vəzifə VERİLDİ
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
BDU-nun əməkdaşı vəfat etdi
BDU-nun əməkdaşı vəfat etdi
“Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
“Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?