kanal1

Kərim Tahirov: Məqsədə çatmaq istəyi məsuliyyət hissini artırır

Tarix:15-03-2021, 15:12
Baxış Sayı:279

Kərim Tahirov: Məqsədə çatmaq istəyi məsuliyyət hissini artırır













Azərbaycan Milli Kitabxanası Beynəlxalq Forumda iştirak etdi

Kərim Tahirov: Məqsədə çatmaq istəyi məsuliyyət hissini artırır















Azərbaycan Milli Kitabxanası 11 mart tarixində “Kitabxanalar birliyi: Uzunmüddətli tərəfdaşlığın nailiyyətləri və perspektivləri” adlı Beynəlxalq Forumda iştirak etdi. Beynəlxalq Forumda Rusiya Dövlət Kitabxanası, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və digər MDB ölkələrinin Milli Kitabxanaları, Rusiya Federasiyasının, Özbəkistanın digər aparıcı kitabxanaları və Gəncə Regional Mədəniyyət İdarəsinin Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi iştirak etmişlər.
Beynəlxalq forumda 2020-ci ildə Milli Kitabxanaların fəaliyyətindən, pandemiya dövründə həyata keçirilən ən yaxşı layihələrdən, Milli Kitabxanaların istifadəçilərin informasiya təminatında rolundan danışıldı.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Beynəlxalq Forumun Ekspert sessiyasında “İlin ən yaxşı təcrübəsi: Yeni şəraitdə yeni xidmətlər” mövzusunda çıxış etdi. Kitabxananın direktoru çıxışında Azərbaycan Milli Kitabxanasının fəaliyyəti haqqında və bütövlükdə Azərbaycan kitabxanalarının pandemiya şəraitində üzərinə düşən vəzifələr ətrafında danışdı. Pandemiya şəraitində ölkənin əsas kitabxanalarının xüsusi karantin rejimi ilə əlaqədar öz fəaliyyət istiqamətlərini müvafiq şəraitə uyğun qurduğunu qeyd edən K.Tahirov M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən onlayn formada oxuculara kitabxana informasiya xidmətinin davam etdirilərək, kitabxananın onlayn xidmətlərinin (biblioqrafik sorğu, sənədlərin sifarişi və elektron çatdırılması, virtual sərgi və metodiki xidmətlər) oxucular üçün aktiv olmasını vurğuladı. Kitabxananın direktoru Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə həyata keçirdiyi kitabtoplama kampaniyası haqqında məlumat verdi. O, erməni işğalından azad olunan 10 rayonun ərazisində fəaliyyət göstərən Mədəniyyət Nazirliyinin kitabxana şəbəkəsinə daxil olan 975 kitabxananın tamamilə məhv edildiyini və onların fondlarında olan 4.587.696 nüsxə qiymətli kitab və digər çap məhsullarının tamamilə yandırıldığını bildirərək hazırda bu kitabxanaların fondlarının bərpası məqsədilə kitabtoplama kampaniyasının keçirildiyini forum iştirakçılarının diqqətinə çatdırmış, habelə Beynəlxalq Forumda iştirak edən kitabxanaları bu kampaniyaya qoşulmağa çağırmışdır. Bu çağırış kitabxanaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. K.Tahirov həmçinin, 8 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının 1992-1993-cü illərdə erməni hərbi birləşmələri tərəfindən işğal edilən və 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixlərində erməni işğalından azad etdiyi 10 rayonunun Mərkəzi Kitabxanalarının və Azərbaycan Milli Kitabxanasının adından Beynəlxalq Kitabxana Təşkilatının - İFLA-nın Prezidenti xanım Kristin Makenziyə müraciət edərək bu vandalizm aktına qiymət verilməsini xahiş etdiyini və 19 yanvar 2021-ci il tarixində İFLA-nın Prezidenti xanım Kristin Makenzidən kitabların yandırılmasının insanlığa yaraşmayan hərəkət olması və bu hadisənin ciddi qınanılması barədə cavab məktubu aldığını bildirmişdir.
Beynəlxalq Forumda Azərbaycan Milli Kitabxanasının 2020-ci ildə həyata keçirdiyi layihələr təqdim olunmuşdur. Görkəmli şəxsiyyətlər və əlamətdar tarixi hadisələr haqqında Elektron məlumat bazaları, virtual sərgilər, Milli Kitabxananın nəşrləri böyük maraqla qarşılanmışdır.Təqdim olunan layihələr MDB Milli Kitabxanaları tərəfindən yüksək qiymətləndirilmişdir.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - Ulu Öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır. Ulu Öndər Heydər Əliyevin təcrübəsi və siyasi peşəkarlığı sayəsində Yeni Azərbaycan Partiyası ölkədə böyük və effektiv siyasi qüvvəyə çevrilib. Heydər Əliyevin siyasi təcrübəsi, xalqa göstərdiyi xidmətləri və sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.
Ümummilli Lider Heydər Əliyevin siyasi irsi daim öyrənilməli və təşviq olunmalıdır. Onun qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluqa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır.
Ulu Öndərin hakimiyyətə gəlməsi ilə Azərbaycanın tarixində yeni inkişaf mərhələsi başladı. 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhtandan çıxma prosesi başladı.
1993-2003–cü illər ölkənin inkşafında həlledici illər olmuşdur. Bu illərdə dövlətçiliyin əsasları qoyuldu. Konstitusiya Heydər Əliyevin dövründə qəbul edildi. Azərbaycan artıq hörmətə layiq olan ölkə kimi tanınmağa başlandı. Ölkəmizə böyük investisiyalar cəlb edildi. Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı.
Dövlətin milli maraqları daim qorunmalıdır. Ölkənin gələcəyi elə planlaşdırılmalıdır ki , uzunmüdətli, dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun və ölkəmizin qüdrəti artsın.
Vətən müharibəsinin ilk günündən mənəvi üstünlük bizdə idi. Güclü ordumuz düşmənləri torpaqlarımızdan qovaraq ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu.
Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir. Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi, vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.

Paşinyan: Ermənistan təkcə Azərbaycanla deyil, Türkiyə ilə də nəqliyyat əlaqələri qurmağa hazırdır
Paşinyan: Ermənistan təkcə Azərbaycanla deyil, Türkiyə ilə də nəqliyyat əlaqələri qurmağa hazırdır
Hərbi formanı qanunsuz daşıyanların cərimələri ARTIRILIR
Hərbi formanı qanunsuz daşıyanların cərimələri ARTIRILIR
Çağırışçılarla bağlı cərimələr artırılır
Çağırışçılarla bağlı cərimələr artırılır
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini
Samir Şərifova yeni vəzifə VERİLDİ
Samir Şərifova yeni vəzifə VERİLDİ
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
BDU-nun əməkdaşı vəfat etdi
BDU-nun əməkdaşı vəfat etdi
“Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
“Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?