kanal1

Novxanıda “AF Beach Hotel”dən ödənişimi ala bilmirəm…-Şikayət

Tarix:11-06-2025, 16:08
Baxış Sayı:0



Novxanıda fəaliyyət göstərən AF Beach Hotel, bir qazinin zəhmətini heçə sayaraq həm borc öhdəliyindən yayınır, həm də fiziki təzyiqə bənzər davranışlarla çəkilişə mane olur. Bu, təkcə bir vətəndaşın deyil, hüquq dövləti prinsiplərinin açıq şəkildə tapdanması deməkdir.

Müharibə iştirakçısı olan qazimiz şəxsi təşəbbüslə qurduğu çiçəkçilik fəaliyyəti çərçivəsində oteldən 640 manatlıq gül sifarişi qəbul edir. Güllər vaxtında hazırlanaraq otelə çatdırılır, sifariş yerində təhvil verilir və təqdimatın videosu otelin daxilində lentə alınır. Lakin sifarişdən dərhal sonra vəd edilən ödəniş bir gün, iki gün, hətta bir həftə keçsə də həyata keçirilmir.

Ən maraqlısı isə, qazimiz otelə yenidən müraciət etdikdə AF Beach Hotel-in əməkdaşları çəkiliş aparan şəxslərə mane olur, onları məkanın içindən qovur və sifarişi tamamilə inkar edirlər. Orada olan otel nümayəndəsi açıq şəkildə bildirir:
“Biz sizdən heç nə almamışıq.”

Bu isə artıq aldadıcı kommersiya fəaliyyəti, yalan bəyanat, əmlak dəyərinin mənimsənilməsi, ictimai çəkilişə qanunsuz müdaxilə və qaziyə qarşı hörmətsizlik deməkdir.

Əlavə olaraq, otel əməkdaşları qazinin “Ödəniş etmirsinizsə, heç olmasa gülləri geri qaytarın” tələbinə qarşılıq olaraq bildiriblər:
“Nə gül veririk, nə pul. Hara istəyirsən şikayət et. Buranın yiyəsi elə-belə adam deyil.”

Bu hansı qanunla əsaslandırılır?

Əgər bir otel rəhbərliyi sifariş verib, xidmət alıb, sonra bunu inkar edirsə və üstəlik qaziyə qarşı qeyri-insani davranırsa — bu artıq cəmiyyət üçün təhlükə mənbəyidir.

Ümid edirik müvafiq orqanlar məsələ ilə bağlı tədbir görəcəklər.patrul.az

Xətai rayonu Gəncə Prospektində qanunsuz tikintiyə icra başçısı icazə verib?-VİDEO
Xətai rayonu Gəncə Prospektində qanunsuz tikintiyə icra başçısı icazə verib?-VİDEO
Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir?
Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir?
Azərbaycanda sosial müavinətlər artırılıb
Azərbaycanda sosial müavinətlər artırılıb
Şuşanın “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” olması ilə bağlı tədbirlər planı hazırlanacaq
Şuşanın “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” olması ilə bağlı tədbirlər planı hazırlanacaq
SDU-da şübhəli satınalma –Bir aylıq MMC ilə müqavilə bağlayır
SDU-da şübhəli satınalma –Bir aylıq MMC ilə müqavilə bağlayır
Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubova qadağa -SƏBƏB
Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubova qadağa -SƏBƏB
“Coffeemania” qaydaları pozdu
“Coffeemania” qaydaları pozdu
 Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...
 Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...