kanal1

Əliyevlə Tokayev bir-birini təbrik etdi

Tarix:3-06-2025, 15:47
Baxış Sayı:0


“Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanmasının 20 ili tamam olub.

Bu münasibətlə iki ölkə lideri İlham Əliyevlə Kasım Jomart-Tokayev arasında məktub mübadiləsi baş tutub.

Qazaxıstan lideri Prezident İlham Əliyevə ünvanladığı məktubda sözügedən müqaviləni tarixi sənəd adlandırıb: “Ölkələrimiz arasında əməkdaşlığın əsas sahələrini əhatə edən bu tarixi sənəd Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafında mühüm mərhələ oldu və bir çox istiqamətlərdə qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi üçün dayanıqlı təməl rolunu oynadı. Əminəm ki, birgə səylərlə strateji tərəfdaşlıq və müttəfiqliyimizin gələcəkdə də möhkəmləndirilməsini təmin edəcək, xalqlarımızın rifahı naminə ikitərəfli əməkdaşlığın böyük potensialını həyata keçirəcəyik”.

Prezident İlham Əliyev də həmkarını təbrik edib: “Bu mühüm sənəd Azərbaycan-Qazaxıstan əlaqələrinin tarixində yeni səhifə açaraq əməkdaşlığımızı daha da möhkəmləndirmişdir.

Dövlətlərarası əlaqələrimizin strateji mahiyyətini özündə əyani şəkildə əks etdirən bu tarixi sənəd bütün səviyyələrdə fəal siyasi dialoqun inkişafına, iqtisadi, ticari, humanitar və digər sahələrdə səmərəli tərəfdaşlığın genişləndirilməsinə əlverişli zəmin yaratmışdır.

Qardaş ölkə və etibarlı strateji tərəfdaşımız olan Qazaxıstanla əlaqələrimizin hazırkı səviyyəsi məmnunluq doğurur. İkitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi gündən-günə genişlənir və yeni məzmunla zənginləşir. Eyni zamanda ikitərəfli müstəvidə olduğu kimi, çoxtərəfli əsasda da vacib məsələlərin həlli istiqamətində ölkələrimizin birgə fəaliyyəti və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi təqdirəlayiqdir.

İnanıram ki, xalqlarımızın qardaşlığı, ortaq tarixi-mədəni kökləri, mənəvi dəyərləri kimi sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Qazaxıstan ənənəvi dostluq əlaqələri və strateji tərəfdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir.

Hörmətli Kasım-Jomart Kemeleviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı və firavanlığı naminə məsul və şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram”.

ADNSU-nu bitirib, amma plastik cərrahdır -Daha bir qalmaqallı klinika
ADNSU-nu bitirib, amma plastik cərrahdır -Daha bir qalmaqallı klinika
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə yeni mebellər alınacaq -141 min manatlıq
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə yeni mebellər alınacaq -141 min manatlıq
"The British Council" Rusiyada arzuolunmaz elan edildi -SƏBƏB
"The British Council" Rusiyada arzuolunmaz elan edildi -SƏBƏB
Kəmaləddin Heydərovun təyin etdiyi rəis Qazaxda torpaq zəbtində ittiham olunur– İcra müavini və bacısı oğlunun inanılmaz əməlləri / SƏNƏDLƏRLƏ
Kəmaləddin Heydərovun təyin etdiyi rəis Qazaxda torpaq zəbtində ittiham olunur– İcra müavini və bacısı oğlunun inanılmaz əməlləri / SƏNƏDLƏRLƏ
Əvvəl evini yandırdı, sonra özünə xəsarət yetirdi
Əvvəl evini yandırdı, sonra özünə xəsarət yetirdi
Naxçıvan xəstəxanalarında başlı başını saxla prisipi... - Ali Məclis isə susur
Naxçıvan xəstəxanalarında başlı başını saxla prisipi... - Ali Məclis isə susur
Siyəzəndə “zəhərli yem” FACİƏSİ: 100 minlik ziyan, saxta sənədlər, vergidən yayınma – AQTA məsuliyyəti niyə BOYNUNDAN ATIR?
Siyəzəndə “zəhərli yem” FACİƏSİ: 100 minlik ziyan, saxta sənədlər, vergidən yayınma – AQTA məsuliyyəti niyə BOYNUNDAN ATIR?
Ərdoğan Pezeşkianla telefonla danışdı
Ərdoğan Pezeşkianla telefonla danışdı