kanal1

“Havayı maaş alan birinin əvəzinə işləmədiyim üçün müqaviləmi uzatmadılar” - BU NƏDİ BELƏ?

Tarix:14-05-2025, 14:22
Baxış Sayı:3


Bir müddət əvvəl Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşı Nazilə İbadovanın gileyini ictimailəşdirmişdi.

YAZISI BURADA: My Webpage

Xatırladaq ki, məhz bu faktın ardından Nazilə İbadova ilə əmək müqaviləsi uzadılmadı. Çünki narazı SOCAR əməkdaşı olduqca ilginc ittihamları da səsləndirmişdi.

YAZISI BURADA: My Webpage

***
Bu günlərdə isə Mirvari Qəhrəmanlı eyni qurumun daha bir əməkdaşı ilə bağlı paylaşım etmişdi: "Cəzasızlar!
Ölkənin əmək qanunvericiliyinə hörmətlə yanaşın cənablar!
İnsanı bir ilin içində işə qəbul edib , sonra işsiz qoyub psixoloji təzyiqlərə məruz qoymayın.Unutmayın ölkə qanunlarını pozmaqla öhdəsində azyaşlı uşaq olan xanımı işsiz qoymağınızla , bəndə cəzasından qaça bilsəniz də, (arxalı olduğunuz üçün). Allah cəzasından qaça bilməyəcəksiniz
Belə ki,
SOCAR İRD ötən il vakant yerə müsabiqə elan edir. Günel Məmmədli müsabiqədən keçdikdən sonra onu Kadr ehtiyat bazasına(KEB) daxil edirlər.Bir il (!)gözlədikdən sonra nəhayət ki,ona SOCAR Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamentinə arxivçi vəzifəsinə göndəriş verilir və idarə onunla bir illik(!) müvəqqəti Əmək Müqaviləsi bağalayır.Bir ildən (!)sonra bu ilin aprel ayında idarə rəisi Hümmət Verdiyev Günel xanımı müqavilə müddətinin vaxtı bitdiyi üçün işdən azad edir.Xanımın öhdəsində azyaşlı övladı var və uşaq bu gün əməliyyat olunmalıdır.
Qeyd:
Ölkəmin Əmək Məcəlləsinin maddə 45.4 isə deyir ki,
-Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsinin f bəndi ( tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;)i ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır
Bu qanunları pozduqları üçün SOCAR İRD və SOCAR Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat idarəsinin rəhbərliyi ARƏM Maddə 310. görə məsuliyyət daşıyırlar..."

****

İndi isə bu məsələnin yenidən üzərinə qayıdan NHMT sədri Mirvari Qəhrəmanlı işçiyə qarşı haqsız mövqe bir yana, həm də tutduğu vəzifəsindən istifadə edərək bir sıra qanunsuzluqlara yol verən SOCAR Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamentinin rəisi Hümmət Verdiyevin hazırki müəmmalı durumu ilə bağlı məqama da diqqəti yönəldib. Əslində, M.Qəhrəmanlı da işarə edir ki, hər şey gün kimi ortadadır: SOCAR-da haqqı tələb edənlər sıxışdırılır, haqqı əzənlər isə irəli çəkilir...

NHMT sədrinin ironik paylaşımını təqdim edirik:

"Çox nigaranam...
Görəsən SOCAR Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamentində arxivçi vəzifəsində çalışmış xanımı müqavilə vaxtının bitməsi bəhanəsi ilə işdən azad edən həmin departamentin rəisi Hümmət Verdiyev təqaüd yaşının çatması ilə əlaqədar :
- işdən azad olundu?
- SOCAR vəzifəliləri onunla bağlanmış müqavilə müddətini uzatdı?
- hansısa vəzifə sahibinə müşavir təyin edildi?.."
(Dia-az)

Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
İsrail İsfahana zərbələr endirir - Yenilənir
İsrail İsfahana zərbələr endirir - Yenilənir
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Bu şənbə rəsmi iş günüdür
Bu şənbə rəsmi iş günüdür
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl