İnsan dünyaya gələrkən onun ruhu bəyaz lövhənin əksinə bənzəyir. Böyüyüb, yetkinləşərək, kamala çatdıqca aldığı elm onun mənəviyyatına ziya saçır. Ziyalılar üstün təbəqənin nümayəndələridir.
Zaman keçdikcə həyat dəyişir, insan şüuru sürətlə zirvələrə doğru yol açır. Yurdumuz, vətənimiz yetirdiyi xeyirxah, ziyalı insanların nurunda inkişafa doğru irəlilədikcə biz yazarlar ilham alır, onların həyat və fəaliyyətini işıqlandırmaq arzusunu reallığa çeviririk.
Elə mən də bir yazar olaraq yazımın əsas qəhrəmanının şərəfli ömür yolunu işıqlandırmaq, xeyirxah əməllərini, şəfalı əllərindən bəhrələnən posientlərinin xeyir-duasını qələmə almaq kimi arzumu reallaşdırmaq məqsədilə yola çıxdım.
Haqqında qələmə aldığım insan da arxasıza dayaq duran, sözün həqiqi mənasında imkansızlara qol-qanad olan, şərəfli həkim ömrü yaşayan insan Bakı Sağlamlıq Mərkəzinin Travmatologiya və Ortopediya Şöbəsinin müdiri, bölüm rəhbəri Sənan Aşirovdur.
Gəlin, bu dəyərli insanın keçdiyi ömür yoluna səyahət edək:
Travmatoloq-ortoped Sənan Aşırov Azərbaycanın tanınmış və peşəkar ortoped- travmatoloq cərrahlarından biridir. Mürəkkəb, qeyri-adi və riskli əməliyyatları ilə seçilir.
Dr Aşırov Sənan – Travmatoloq-ortoped
– 2006-2008-ci illərdə Sankt Peterburq şəhərində Klinik Ordinatura Travmatologiya və Ortopediya ixtisası üzrə təhsil almışdır;
– 2010-11-ci illərdə Türkiyə Florence Nightingale xəstəxanasında internatura keçmişdir.
Doktor Sənan Aşirovun Keçdiyi kurs və konfranslar:
– 27.10.2008 – 15.11.2008 VREDEN adına Travmatologiya İnstitutunda Böyük oynaqların Endoskopik Cərrahiyyəsi Kursu. RUSSİYA, SANKT-PETERBURG;
– 20.02.2008 – 22.02.2008-ci il Diz və bud-çanaq oynaqlarının endoprotezləşdirilməsi kursu. GÜRCÜSTAN;
– 04.10.2010 – 31.12.2010 Florence Nightingale Hospital in İstanbul. TÜRKİYƏ;
– 12.10.10 – 16.10.10 Türk Spor Yaralanmaları və Diz Cerrahiyyesi Kongresi. TÜRKİYƏ;
– 29.10.2010 – 30.10.2010 Postravmatik Kaynamama ,Deformite Və Enfeksiyon Egitim toplantısı. Florence Nightingale Hospital in İstanbul. TÜRKİYƏ;
– 05-06.11.2010 XII GKD PEV Çoçuk travma kursu. TÜRKİYƏ, KONYA;
– 31.10.2011 – 05.11.2011 XXII.Ulusal Türk Ortopedi ve Travmatoloji Kongresi. TÜRKİYƏ;
– 09.02.2012 – 12.02.2012 AOTrauma Course-Principles in OPERATİV Fracture Management. UKRAİNA, KİYEV;
– 02.10.2012 – 05.10.2012 Artroscopic Surgery Course Knee and Shoulder Session. STRASBOURG, FRANCE;
– 22 – 24 mart 2012 IIV Omuz və Dirsek Cerrahisi Kongresi.TURKEY, İSTANBUL;
– 12.01.2013 Arthroplasty Course, AZƏRBAYCAN, BAKİ;
– 22.10.2013 Artroscopic Surgery Course Hip Session .STRASBOURG, FRANCE;
– 18.05.2014 Travmatoloq və Ortopedlərin I Qurultayı. AZƏRBAYCAN, BAKİ;
– 29.03.2014 “Joint preservation of the hip” course;
– 24.10.2014 “Hip and knee protesis”course. İTALİYA;
– 9.11.2014 “Intraarticulyar inection technic and PRP technic”. ROMANİYA.
Qeyd etməliyik ki, doktor Sənan Aşirov düşmən təxribatı nəticəsində 2020-ci ildə 27 Sentyabrda başlayan və 9 Noyabrda ordumuzun zəfəri ilə tamamlanan Vətən müharibəsində fəal iştirak edən həkimlərimizdən biri olmuşdur. Sənan Aşirov cəbhə bölgəsində hərbi hospitalda yüzlərlə əsgərlərimizə operativ tibbi yardım göstərmişdir.
Müharibə yaralanmaları mövzusunda tədqiqat işi aparmış və tədqiqat işlərinin detalları ilə travmatoloq və ortopedlərin bir sıra konfranslarında məruzə ilə çıxışlar etmişdir.
Travmatoloq-ortoped Sənan Aşirovun 2-ci Qarabağ müharibəsində ətrafların odlu silah və partlayış yaralanmalarının müalicəsi mövzusunda 2023-cü ilin Oktyabr ayında keçirilən Azərbaycan Travmatoloqlar və ortopedlər Assossasiyasının konfransındakı çıxışı böyük maraqla qarşılanmışdır.
2006 – 2008 Sankt Peterburq klinik ordinaturası;
– 2010-cu il Turkiyə Florence Nightingale
Bakıda Grand Hospital xəstəxanası, FUNDA Tibb Mərkəzində çalışmışdır.
Azərbaycanın tanınmış və peşəkar ortoped- travmatoloq cərrahlarından biri olan, mürəkkəb, qeyri-adi və riskli əməliyyatları ilə seçilən, xəstələrinin ümid yeri olub, cəmiyyətdə,insanlar arasında kifayət qədər hörmətlə tanınan Sənan Aşirov haqqında yazıb dəyərli oxucularımıza tanıtmaq istəyidir məqsədim.
Bu yolda şərəf və ləyaqətlə addımlayan Sənan həkim ömrünün gecəsini-gündüzünü insanların sağlamlığı yolunda həsr etmiş bir həkimdir. İşini çox sevir və öhdəsindən layiqincə gəlir. Ona üz tutan insanlar həmişə əlləri şəfalı həkimin təyin etdiyi dəqiq diaqnozdan razılıqla ayrılır, ona hər zaman dua edir, can sağlığı arzulayırlar. Çünki Sənan həkim neçə-neçə insanların həyatına şəfa bəxş etmişdir. Hələ uşaqlıq illərindən arzusu həkim olmaq idi Sənan Aşirovun.
Hörmətli bir ailədə dünyaya göz açıb Sənan həkim. Orta məktəbdə oxuduğu illərdə öz bilik və bacarığı, fəallığı ilə seçilən, ailəsinə layiq olmaq, ali təhsil almaq, özünəməxsus yer tutmaq, insanlara, xalqa gərək olmaq kimi ali hisslərlə böyüyən Sənan Aşirov tələbəlik illərində çalışqan və elmi biliklərə dərindən yiyələnən tələbə olmaqla yanaşı, eyni zamanda vətənpərvər idi.
Onun fikrincə həkim öz ixtisasını dərindən bilməklə yanaşı, əsl ziyalı olmalıdır. Təsadüfi deyil ki, Hippokrat həkimlikdə ən vacib 3 keyfiyyətdən birinin söz olduğunu göstərmişdir. Həkim gözəl nitq qabiliyyətinə malikdirsə, hələ xəstə ilə ilk ünsiyyətində onda ümid, inam yaratmaqla müalicəyə başlamış olur. Həkimin xoş sözü, mehribanlığı, həssaslığı, qayğıkeşliyi xəstənin vəziyyətinə müsbət təsir göstərir.
Ailəsindən, sevdiklərindən ayrı düşən hər bir xəstə daha həssas, daha kövrək olur və adi bir səsə, hərəkətə reaksiya verir.
Belə olduğu halda əsil ziyalı həkimin göstərdiyi qayğısı, səmimiyyəti ən gözəl,təsirli müalicə vasitəsidir.
Müqəddəs peşəsi, bilik və bacarığı və təyin etdiyi dəqiq diaqnozları ilə neçə-neçə posientlərinin həyat eşqini,yaşamaq ümidini özünə qaytaran, sevdiklərinin qəlbində bir ümid çırağı yandıran Sənan həkim ona pənah gətirən xəstələrinin hər zaman sevimlisi, ümid yeridir. Sənan Aşirov öz işini mükəmməl bilən, peşəsinə sadiq olan əsil həkimlərdən biridir.
Sözsüz ki, hansı sahədə çalışmasından asılı olmayaraq, əsas məqsəd işini sevərək yerinə yetirmək və gördüyün işlə insanlara, cəmiyyətə faydalı, gərəkli olmaqdır.
Sənan Aşirovun timsalında peşəsini dərindən bilən, həkim adını öz əməlləri ilə layiqincə doğrultmağı bacaran, işini vicdanla yerinə yetirən bütün həkimlərimiz cəmiyyətimizin ən gərəkli, ən çox ehtiyac duyulan və sevgiyə, hörmətə layiq şəxsləridir.
Biz inanırıq ki, bütün bu kimi insanı keyfiyyətləri özündə formalaşdıran Sənan həkim şəfalı əllərilə neçə-neçə ailələrin üzünü güldürüb, insanları öz əvvəlki sağlamlıqlarına qovuşdurmaqdan yorulmayacaq.
Dəyərli Sənan həkim!
Sizin elmi biliklərinizin, təcrübənizin bar bəhəri təyin etdiyiniz dəqiq diaqnozlardır. Fəaliyyətiniz boyunca çəkdiyiniz zəhmət və yaratdığınız gözəlliklər nur olub yolunuza işıq saçsın.
Sizə çətin və şərəfli peşənizdə uğurlar diləyir, ailənizlə, əzizlərinizlə bərabər xoşbəxt həyat sürməyi arzulayırıq.
Hər zaman sizə pənah gətirən xəstələrinizin ümid yeri, pənahı olasınız, Sənan həkim.