Hörmətli Ziya müəllim!
Sizi, şərəfli ömrünün 73-cü baharına imza atan,daima xalqın içində olan,böyük ziyalı ömrü yaşayan Azərbaycan oğlunu,dəyərli bir insanı, öz işini sevən,vəzifədə olduğu müddətdə işinə məsuliyyətlə yanaşan öz işinin mütəxəssisini,Azərbaycanımızın dəyər bilən nümayəndələrinin sevimlisi Ziya Ərzuman oğlu Məmmədovu 28 aprel 2025-ci ildə ömrünün 73-cü ilinə qədəm basması münasibətilə səmimi qəlbdən təbrik edir, hır zaman olduğu kimi bu gün də uğur və zəfər carçısı olmasını,şəxsi həyatında xoşbəxtliklər arzulayıram.
Yaşadığınız 73 il ömrünüzün ən kamil çağı,ötən illərə baxış və gələcəyə istiqamətlənmiş arzularla doludur. Şadlıq ki,Uca Tanrının sizə bəxş etdiyi ömür payını mənəviyyata zəngin,Vətənə faydalı bir insan kimi yaşamısınız. Əminik ki,bundan sonra da siz harada olmağınızdan asılı olmayaraq topladığımız həyat təcrübənizi şəxsi fəaliyyətinizdə reallaşdıraraq fəaliyyət göstərməkdən usanmyacaqsınız. Sizə bu yolda müvəffəqiyyətlər,cansağlığı və tale səadəti diləyirik.
Hörmətli Ziya müəllim!Arzum budur ki,sizin 100 illik yubileyinizdə iştirak edib,sizi ilk təbrik edənlərdən olum.
Xüsusi olaraq qeyd etmək istəyirəm ki,siz,təkcə öz işinizin kamil bilicisi deyil,sadiq dost,səmimi insan,sadiq ailə başçısı,qayğıkeş atasınız.
Bütün insani keyfiyyətlərə malik olan dəyərli insana, sabiq Nəqliyyat Naziri çox hörmətli Ziya Məmmədova ən əsası Tanrı dəstəyi,sağlıqlı uzun ömür arzulayıram.
73 illik şərəfli və gərəkli ömrünüzün davamlı olması niyyətilə, mən
Şəfa Paşayeva