kanal1

Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA

Tarix:17-04-2025, 18:24
Baxış Sayı:0


Həcc ziyarətinə getmək istəyən vətəndaşların qeydiyyatı davam edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.
Bu il ölkəmiz üçün ayrılan kvota açıqlanmasa da, ötən illərlə müqayisədə daha az olacağı bildirilib. Qeyd edək ki, ötən il kvota 1500 nəfər olub. Bu ayın sonuna qədər qeydiyyat uzadılıb.
Təxminən mayın 20-dən azərbaycanlı zəvvarlar Həcc ibadətlərini yerinə yetirmək üçün Məkkəyə yola düşəcəklər. Qafqaz Müsəlmanları İdarəsi bu il bir zəvvarı 5950 ABŞ dollarına Həccə aparacaq.
Qeyd edək ki, bir sıra vətəndaşlarımız Türkiyə və Gürcüstandakı şirkətlərdən daha ucuz qiymətə bilet alaraq, onların xətti ilə ziyarətə getməyə hazırlaşırlar. Bu ölkələrdə 1700-2000 ABŞ dolları ilə Həccə getmək mümkündür.

Maraqlıdır, Həccə getməyin xərci niyə bizdə yuxarı, qonşu ölkələrdə isə aşağıdır?

Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri Modern.az-a bildirib ki, hazırda təxminən 5% kvota qalıb:

“Kvotanı inşallah yaxın vaxtlarda rəqəmlə açıqlayacağıq. Amma yerlər artıq az qalır. Təqribən 5% kvota qalıb”.

V.Cahangiri qonşu ölkələrdəki şirkətlərlə razılaşıb Həccə gedənlər barədə bunları deyib:

“Qafqaz Müsəlmanları İdarəsinin buna görə hər hansı bir tədbir görməsinə ehtiyac yoxdur. Vətəndaş özü istədiyi şəkildə Həcc ziyarətinə getməkdə sərbəstdir. Amma ucuz qiymətə aldanıb gedirlər. İndi kimsə ucuz qiymətə Həccə gedirsə, deməli, onlar hansısa xidmətlərdən məhrum qalır. Onlara daha az xidmətlər göstərilir. Biz bunun şahidi oluruq. Burada ucuz qiymətə aldanıb gedirlər, daha sonra orada peşman olurlar”.

Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
Kim Çen In İlham Əliyevi təbrik etdi
Kim Çen In İlham Əliyevi təbrik etdi
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər