kanal1

"Günahkar Emin Əmrullayevdir, cəzanı isə şagird, müəllim və valideynlər çəkir" - ŞOK FAKTLAR

Tarix:15-04-2025, 14:16
Baxış Sayı:0



ARTİ davamlı "saxta" təlimlərini keçməyə davam edir. Oxuyub anlama bacarığı formalaşdırılması ilə bağlı əzbərlənmiş təlimlər illərdir keçirilir. Təlimçilər çox savadsız, yalandan slayd əzbərləyib üzündən oxuyurlar. Metodiki heç bir məlumat verə bilmirlər. Müəllimlərin sualları cavabsız qalır. Müəllimlərə heç bir bilik də ötürülmür. Daha sonra həmin təlimin qiymətləndirilməsi keçirilir. Təbii ki, heç bir şey öyrədə bilmirlər, heç nə bilmirlər, keçdikləri təlimdəki müəllimlər də nəsə öyrənmədiyi üçün testi işləyə bilmirlər. Bu dəfə də özlərini pis vəziyyətə qoymamaq üçün testin cavabların ya ARTİ-nin bəyənmədiyi bir iki fərdi repetitor kimi çalışan təlimçilərdən öyrənirlər, ya da təlimi keçə bilməyən müəllim sualların düzgün cavabın vatsap qruplarına atır. Guya nəsə öyrədib. Məsələ burasındadır ki, verdiyi cavablar da səhv olur. Altstandartları təlim nəticəsi ilə əlaqələndirə bilmir, məzmun xətlərini tapşırıqlarla əlaqələndirə bilmir, oxu texnikasını düzgün müəyyənləşdirə bilmir. Amma ARTİ peşəkar metodist yetişdirir. Hörmətli ARTİ öz işçinizi seçə bilmirsiniz, öz işçinizi yetişdirə bilmirsiniz, öz işçiləriniz müəllimlərə təlim keçə bilmir. İndi hansı haqla, hansı düşüncə ilə, hansı əsas ilə metodist yetişdirirsiniz?! Keyfiyyətindən, uğurundan danışırsınız. Biz ara-sıra hazırkadıqlarınızla danışırıq. Hamısı kurikulum hazırlığı keçmək ümidi ilə qoşulduğunu amma hələ ki heç nə bilmədiklərini və sualları olduqda sizin bəyənmədiyiniz təlimçilərdən (Fərdi repetitor-ARTİ ilə əlaqəsi olmayan) soruşurlar. Bu biabrçılıq nə vaxta kimi davam edəcək?!..

Elnur Əliyev, Nəzakət Mehdiyeva, Aynur Rüstəmova və b. Nə qədər insanları belə aldatmağı, nə qədər müəllimləri oyuncaq kimi istifadə etməyi düşünürsünüz???
Yeyinti yeri kimi bu təlim və layihələrdən istifadə edərək, ETN, MÜTDA, ARTİ birlikdə gəlir əldə edirlər. Amma MDPİM heç olmasa gəlirdən əlavə, vicdan da olsun. Nəsə öyrədin. Qohumbazlıq, rüşvətlə işə götürülmüş təlimçiləriniz, bir kitab əzbərləyib heç nə bilməyən işçiləriniz sizi və Azərbaycan xalqını məhv etməyə davam edir.

Sonra Emin Əmrullayev çıxıb PİSA qiymətləndirməsindən danışır. Hansı haqla?? Müəllimləri günahlandırır. Hansı haqla? Məgər bu şəraiti yaradan cənab Nazir özü deyilmi?.. Günahkarlar göz önündədir. Niyə bunun cəzasını Azərbaycan xalqı, şagird, valideyn, müəllimlər çəkməlidir?!

Bu neçənci yazıdır?! Hansı tədbir görülüb?! Sabahın alimləri haqda dəfələrlə yazdıqdan sonra tehsilmedia.az saytının israrlarına qarşılıq neçə illər sonra bir ixtira ortaya qoydular. İndi bu haqda nə qədər yazmalıyıq ki, peşəkar səviyyədə demirik, heç olmasa dürüst bir iş ortaya qoysunlar?!(Tehsilmedia.az)

Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
Kim Çen In İlham Əliyevi təbrik etdi
Kim Çen In İlham Əliyevi təbrik etdi
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər