kanal1

Təhsil məsələləri üzrə ekspert vətəndaşı aldadıb?- 50 min manat aldığı iddia olunur

Tarix:10-04-2025, 16:43
Baxış Sayı:0


“Study In Turkey Azerbaijan” şirkətinin rəhbəri, təhsil məsələləri üzrə ekspert Fuad Hacıyevin vətəndaşı aldatdığı və ondan 50 min manat aldığı barədə məlumat vermişdik. Nəzərinizə çatdıraq ki, məlumat Musavat.com saytında dərc edilib.
Belə ki, vətəndaşın iddialarına görə, Fuad Hacıyev onu və ailəsini Kanadaya işçi vizası ilə göndərmək üçün 2019-cu ildə onlardan 50 min manat alıb verdiyi vədinə əməl etməyib.
Şikayətçi Bəşirli Nərmin Xaqani qızı müraciətdə daha sonra əlavə edin ki, əvvəlcə pulun yarısını ödəyib. Fuad dedi ki, yarısını da ödəməliyik. Əks halda əvvəlcə ödədiyimiz pul batacaq. Bizi qorxuya saldı. Məcbur qalıb evimizi satdıq və pulu ödədik. Hətta işdən belə çıxdıq ki, bir aya artıq Kanadaya köçəcəyik. Beləliklə, həm işimizdən olduq, həm də evimizdən. Vaxt gəlib çatanda bu adamı tapa bilmədik. Xeyli söz-söhbətdən sonra bizə sənəd göndərdi ki, bir ay ərzində bizdən aldığı pulları geri qaytaracaq, amma etmədi. Hər dəfə bir bəhanə ilə yoxa çıxırdı.
2020-ci ildə Daxili İşlər Nazirliyinə müraciət etdik, nazirin qəbulundə olduq. Bundan sonra iş başladıldı və Fuadın həbsinə qərar verildi. O, həbsə girəndən sonra anası və bacısı bizə yalvardı ki, ailədə başqa işləyən yoxdur, şikayəti geri götürsək, bu pulu bizə hər ay 3 min olmaqla geri qaytaracaqlar. Fuadın ailəsi və vəkili öz adlarından sənəd gətirdilər ki, zamin dururlar və pulun qaytarılmasında məsuliyyət onların üzərinə düşür. Biz razılaşdıq, lakin o, həbsxanadan çıxandan sonra ailəsinə zəng çatmadı, Fuad isə bizi təhqir etdi və hədə-qorxu gəldi. Dedi ki, hara istəyirsinizsə, gedib şikayət edin. Ardı var.
Adı hallanan “Study In Turkey Azerbaijan” şirkətinin rəhbəri, təhsil məsələləri üzrə ekspert Fuad Hacıyevin mövqeyini dərc etməyə hazırıq.

Musavat.com

Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
Kim Çen In İlham Əliyevi təbrik etdi
Kim Çen In İlham Əliyevi təbrik etdi
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər