kanal1

Ötən il 67 milyon manatlıq tender qazanan Kəmaləddin Qafarovun “Azəri Med” şirkəti ilə yenidən müqavilə bağlandı

Tarix:9-04-2025, 11:12
Baxış Sayı:0



Azərbaycan Tibb Universitetinin (ATU) Tədirs Cərrahiyə Klinikası “Azəri Med” şirkətindən biokimyəvi reaktivlər almağı planlaşdırır.
Şirkət klinikanın bununla bağlı keçiridyi tenderin qalibi seçilib.
Satın alınacaq reaktivlərə görə “Azəri Med” şirkətinə 145 999,08 ödəniləcək.

“Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tibb sektorunda fəaliyyət göstərir. Dövlət satınalmalarında fəal iştirak edir və adətən iri məbləğli tenderlərin qalibi seçilir. Bu da təsadüfi deyil.
Çünki “Azəri Med” QSC sıradan bir sahibkara məxsus deyil.

Bir neçə ildir ki, mediada yayılan və təkzib olunmayan məıumatlara görə, “Azəri Med” QSC deputat Kamaləddin Qafarova məxsusdur. Doğrudur, Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında şirkətin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğlunu adı qeyd edilib. Lakin qanuni təmsilçi olmaq hələ şirkətin sahibi olmaq demək deyil.
Bundan əlavə, Kamaləddin Qafarovun yaxın qohumu Qafarov Hüsaməddin Şəmsəddin oğlu 2013-cü ildə “Azəri Med”in qanuni təmsilçisi olub. Məlumatlara görə, şirkətin hüquqi ünvanı da Kamaləddin Qafarovun qeydiyyatda olduğu ünvanla eynilik təşkil edir.Qaynarinfo
Kamaləddin Qafarov Milli Məclisdə 9 saylı Binəqədi ikinci seçki dairəsini təmsil edir.
Qeyd edək ki, araşdımalara görə Kəmaləddin Qafarovun “AzəriMed” şirkəti ilə ötən il 67 milyon manatlıq tender müqaviləsi bağlanılıb.

“AzeriMed Tibbi Market”, “Zəfəran” apteklər şəbəkəsi və “Zəfəran Hospaital” və “Shafran” şirkətinin də deputata məxsus olduğu iddia edilir. Bu məlumat Milli Məclisin deputatı tərəfəndən təkzib olunmayıb.

Xalq.az

Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
Kim Çen In İlham Əliyevi təbrik etdi
Kim Çen In İlham Əliyevi təbrik etdi
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər