kanal1

Daha bir tibb müəssisəsinin rəhbərindən ŞİKAYƏT - "Röyanə Quluzadə 8 aylıq uşağımı müayinə edə-edə sosial şəbəkə üçün video çəkirdi"

Tarix:3-04-2025, 10:36
Baxış Sayı:1


Sabunçu rayonu, Yefim Saratov küçəsi 12 ünvanında yaşayan Qurbanova Ləman Azər qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, “Reflex" Reabilitasiya Mərkəzinin baş həkimi Röyanə Quluzadədən şikayətçidir:

“Mən, Qurbanova Ləman Azər qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bu yaxınlarda 8 aylıq övladım Quliyev Fatehin səhhətində yaranmış problemlə bağlı “Reflex" Reabilitasiya Mərkəzinə üz tutduq. Həkimin adını, soyadını internet vasitəsilə tapmışdım. Biz həmin həkimin qurbanı olduq. Həm 100 manat pulumuz getdi, həm də uşağı normal müayinə etmədi. Həkimdən doğru-dürüst cavab belə, ala bilmədik.

Deməli, Röyanə Quluzadə “Reflex" Reabilitasiya Mərkəzində baş həkimdir, USM aparatında xəstələri müayinə edir. Nevroloq və pediatr kimi də bu xəstəxanada fəaliyyət göstərir. Bir sözlə, o, sözün bütün mənalarında bu xəstəxananı idarə edir. Məhz bu səbəbdən də, ondan şikayət çox olur.

Bayram günü olduğuna görə, xəstəxanaların çoxu işləmirdi. Uşağın anidən xəstələnməsi qeyri-peşəkar həkimi tanımağımıza vəsilə oldu. Müşahidəmə görə, həkim çox savadsızdır. Ümumiyyətlə, görəsən, onun həkimlik fəaliyyətini təsdiq edən diplomu varmı?..

Qeyd edim ki, uşağımı USM aparatına saldıq. Adını həkim qoyan bu şəxs uşağı müayinə edə-edə sosial şəbəkə üçün video çəkirdi. 8 aylıq uşağın həyatını heçə sayaraq, məşhur olmaq həvəsindədir. Dilsiz-ağızsız bir körpədir deyə, hər zülmü verməlidirlər? Verdiyim pul da haramı olsun. Bütün bunları da qoyduq bir qırağa, uşağı götürüb evə gəldik.

Axşam saatlarında uşağın vəziyyəti yenidən dəyişdi. Həkimə zəng vurub kömək istədim. O qədər kobud cavab verdi ki, sanki müayinə vaxtı video çəkməsinə susmalıydım. Mən iradımı bildirdim. Həmin vaxt körpə uşaq müayinə olunmalı idi.

Səhiyyə Nazirliyindən xahiş edirəm ki, belə həkimlər haqqında tədbir görülsün. Həm canımızı, həm də pulumuzu alırlar".

Məsələ ilə bağlı Röyanə Quluzadə ilə əlaqə saxlaya bilmədik.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Sahib Məmmədovun “agent ovu”: Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Sahib Məmmədovun “agent ovu”: Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Şəmkirdə milyonluq yeyinti - Direktor həbs edildi
Şəmkirdə milyonluq yeyinti - Direktor həbs edildi
Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video