kanal1

Genetik Ehtiyatlar İnstitutunda nə baş verir? – Ağacları niyə kəsirlər…

Tarix:1-04-2025, 09:30
Baxış Sayı:0


“Genetik Ehtiyatlar İnstitutundakı 60-70 illik ağacları kəsib yerində yarımstansiya tikirlər”.

Belə bir iddia ilə Bakının Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yaşayan sakin Ramin Məmmədzadə saytımıza müraciət edib. O bildirib ki, bu ilin fevral ayında 13 ağac kəsilərək məhv edilib:

“Biz sakinlər bunun qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Nazirliyin nümayəndələri həmin yerə gəldilər və müdaxilə etdilər. Nəticədə ağacların kəsilməsi dayandırıldı.

İnstitutun həyətində dünəndən yenidən qazıntılara başlayıblar. “Azərişıq”ın nümayəndələri oraya gəlmişdilər. Biz sakinlər onlara bildirdik ki, yarımstansiya tikilirsə, bu yaşayış yerindən 500-1000 metr uzaqlıqda olmalıdır. Onlar isə bizi təkzib etdilər və dedilər ki, 10 metr uzaqlıq kifayətdir. Bəs bu stansiyanın şüasını nəzərə almırlar? Bu stansiya Nərimanov, Nəsimi və Binəqədi rayonunu işıqla təmin edəcək. Amma yaxınlıqda yaşayan sakinlərin həyatı təhlükəyə atılır. Eyni zamanda ağacların məhv edilməsi ilə təbiətə ziyan vururlar”, -deyə R. Məmmədov bildirib.

Musavat.com





Onlar 1000 manata qədər cərimə oluna bilər
Onlar 1000 manata qədər cərimə oluna bilər
“Putyovka”ları altdan-altdan satırlar-Video
“Putyovka”ları altdan-altdan satırlar-Video
Daxil Kərimov yeni himayədar axtarışında?
Daxil Kərimov yeni himayədar axtarışında?
İlham Əliyev onları təltif etdi - Sərəncam
İlham Əliyev onları təltif etdi - Sərəncam
Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
“KRATON” klinikasının sahibi vegi borcunu niyə ödəmir?
“KRATON” klinikasının sahibi vegi borcunu niyə ödəmir?
Naxçıvanın səfərbərlik xidmətində hansı İŞLƏR ÇEVRİLİR - İTTİHAM VAR...
Naxçıvanın səfərbərlik xidmətində hansı İŞLƏR ÇEVRİLİR - İTTİHAM VAR...
Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...