kanal1

Keçmiş bələdiyyə sədri dövlətin torpaqlarını satıb?

Tarix:31-03-2025, 10:17
Baxış Sayı:0


Prezident İlham Əliyev cənablarının prioritet istiqamətlərindən biri də hökumətin, məmurların fəaliyyətlərinin majsimum şəffaflaşdırılması, vətəndaş məmnuniyyətinin yüksəldilməsidir.

Bu xüsusda son illər müvafiq icra hakimiyyəti subyektlərinin struktur və kadr heyətində mühüm dəyişikliklər aparılıb, qanunvericiliyə ciddi dəyişikliklər edilib.

Hökumətin apardığı islahata rəğmən hələ də bəzi qurumlarda, əsasən də bələdiyyə sistemində neqativ hallar qalmaqdadır.

Ciddi qanun pozuntusu olan qurumlardan biri də Biləsuvar rayonunun Aşağı Cürəli bələdiyyəsidir.

Aşağı Cürəli bələdiyyəsinə 2015-2021-ci illər ərzində sədr işləyən Seyidov Ruslan Sərxoş oğlunun qanun pozuntusuna yol verdiyi deyilir.

Onun əhalinin istifadəsində olan ümumi torpaq sahəsini şəxsi mənfəəti üçün satıb.

Sədr işlədiyi müddətdə Ruslan Seyidov Biləsuvar rayon Aşağı Cüləli kəndində örüş torpaqlarını müxtəlif insanlara satıb. Sonradan məlum olub ki, həmən torpaqlar örüş torpaqlarıdır. Keçmiş bələdiyyə sədrinin xeyli sayda vətəndaşı aldatdığı bildirilir.

Qeyd edək ki, Dövlət başçısının sərəncamına əsasən ümumi istifadədə olan torpaqlar heç bir halda satıla bilməz.

"Ruslan Seyidov bələdiyyə sədri işlədiyi dövrdə bütün sənədləri aradan çıxararaq bütün qanunsuzluqları gizləməyə çalışıb. Güya, həmən sənədlər bələdiyyədən oğurlanıb. Əslində, hüquq mühafizə orqanlarının ilkin araşdırmalarında sübüt olunub ki, keçmiş bələdiyyə sədri qeyri-qanuni yollarla örüş torpaqlarını satıb. Digər bir məlumatda bildirilir ki, R. Seyidov sədr olduğu zaman bələdiyyədə ailə podrati yaradıbmiş. Daha bir qanunsuzluq örüş sahəsində ərazisi 440 kvadrat olan ferma inşa edilib. Həmən ərazini də R. Seyidov sahibkar Hüseynov Bəhruz Ələddin oğluna satmışdır. Müqavilədə 15 il müddətində icarəyə verilib. Şikayət bir qrup kənd sakinləri tərəfindən daxil olub".(Qlobal.az)

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












İlham Əliyev onları təltif etdi - Sərəncam
İlham Əliyev onları təltif etdi - Sərəncam
Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
“KRATON” klinikasının sahibi vegi borcunu niyə ödəmir?
“KRATON” klinikasının sahibi vegi borcunu niyə ödəmir?
Naxçıvanın səfərbərlik xidmətində hansı İŞLƏR ÇEVRİLİR - İTTİHAM VAR...
Naxçıvanın səfərbərlik xidmətində hansı İŞLƏR ÇEVRİLİR - İTTİHAM VAR...
Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
Sakinləri üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran MTK-dan ŞİKAYƏT
Sakinləri üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran MTK-dan ŞİKAYƏT
Sahib Məmmədovun “agent ovu”: Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Sahib Məmmədovun “agent ovu”: Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?