kanal1

Badamdarda sürüşmə zonasında 40 illik şam ağacları məhv edildi — Yerində obyekt tikən kimdir?/FOTOLAR

Tarix:27-03-2025, 17:29
Baxış Sayı:0


Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi ərazisində yerləşən sürüşmə zonasında 35-40 illik şam ağacları qırılıb.
Hadisə yerində olan əməkdaşımız xəbər verir ki, sözügedən ağacların “Bakinskiy dvorik” restoranının sahibi tərəfindən məhv edildiyi iddia olunur.
Hazırda ərazidə qırılan ağacların yerində ağır texnikalar və fəhlələr çalışır, iaşə obyekti inşa olunur.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirdi ki, hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həmin ərazidə müvafiq araşdırma aparılır.
Qeyd edək ki, Bayıl yamacında şam ağaclarının əkilməsi ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində həyata keçirilib. Bu tədbir yamacın eroziyaya uğramasının və sürüşmələrin qarşısını almaq məqsədilə görülüb.
2015-ci ildə isə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Badamdar qəsəbəsində ağacəkmə kampaniyası keçirilib və bu kampaniya çərçivəsində 1,500-dən çox müxtəlif ağac növləri əkilib.
Dövlətin bu sahəyə həssas yanaşmasına baxamyaraq, çox təəssüf ki, Bakıda ayrı-ayrı məmurlar və onlara bağlı olan sahibkarlar tərəfindən ağacların qanunsuz kəsilməsi ciddi ekoloji problemlərdən biri olaraq qalır.
Son illərdə paytaxtımızda tikinti layihələrinin artması, yeni yolların salınması və kommersiya məqsədilə aparılan fəaliyyətlər nəticəsində yaşıllıq əraziləri sürətlə azalır.
Xüsusilə, paytaxtın mərkəzi hissələrində və dənizkənarı ərazilərdə köhnə ağacların kəsilməsi tez-tez ictimai narazılığa səbəb olur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacların qanunsuz qırılmasına qarşı tədbirlər görülsə də, cərimələr tətbiq edilsə də, ancaq ağacların məhv edilməsi faktları hələ də qalmaqdadır.(demokrat.az)





ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Onlar 1000 manata qədər cərimə oluna bilər
Onlar 1000 manata qədər cərimə oluna bilər
“Putyovka”ları altdan-altdan satırlar-Video
“Putyovka”ları altdan-altdan satırlar-Video
Daxil Kərimov yeni himayədar axtarışında?
Daxil Kərimov yeni himayədar axtarışında?
İlham Əliyev onları təltif etdi - Sərəncam
İlham Əliyev onları təltif etdi - Sərəncam