kanal1

Saleh Məmmədov məhkəməni uduzdu- Yoldakı çüxura görə qəza baş verib -FOTOLAR

Tarix:24-03-2025, 12:33
Baxış Sayı:0


Bakı-Quba yolunda avtomobilinə maddi ziyan dəymiş tanınmış radio aparıcısı Elgün Xıdırov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini (AAYDA) məhkəməyə verib. Bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.

Aparıcının yaydığı məlumatı olduğu kimi təqdim edirik:

“Təxminən 1 il əvvəl Xaçmaza gedərkən Şabran rayonu ərazisində avtomobilimin təkəri çuxura düşərək partladı.

İlk işim 102 qaynar xəttinə qəza ilə bağlı məlumat vermək oldu. Yol polisi mənim izahatımı aldıqdan və qəzanın sxemini tərtib etdikdən sonra rəhbərliyə raport hazırladı. Mən isə avtomobilimə dəymiş zərəri müəyyənləşdirmək üçün servisə getdim. Məlum oldu ki, təkərlə yanaşı, asqı sistemindəki digər detallar da sıradan çıxıb. Mənə dəymiş zərəri məktub yazaraq AAYDA-dan istəsəm də, qurumdan heç bir reaksiya olmadı. Bundan sonra sənədləri hazırlayıb Binəqədi rayon Məhkəməsinə müraciət etdim və məhkəməni uddum. Birinci instansiya məhkəməsinin mənim xeyrimə qəbul etdiyi qərarla razılaşmayan AAYDA apellyasiya şikayəti verdi. Nəticə olaraq agentliyin şikayəti təmin edilmədi və Binəqədi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldı” – deyə Elgün Xıdırov bildirib.

Qeyd edək ki, məhkəmənin qərarına görə, AAYDA avtomobilə dəymiş maddi ziyanla bağlı 933 manat ödəməlidir.(Avtosfer.az)






ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Onlar 1000 manata qədər cərimə oluna bilər
Onlar 1000 manata qədər cərimə oluna bilər
“Putyovka”ları altdan-altdan satırlar-Video
“Putyovka”ları altdan-altdan satırlar-Video
Daxil Kərimov yeni himayədar axtarışında?
Daxil Kərimov yeni himayədar axtarışında?
İlham Əliyev onları təltif etdi - Sərəncam
İlham Əliyev onları təltif etdi - Sərəncam