kanal1

“Azərpoçt”un ƏCAİB TENDER ORTAĞI... - Pulumuz şirindir... dilimiz acı...

Tarix:22-03-2025, 11:21
Baxış Sayı:0


“Azərpoçt” MMC keçirdiyi tenderin nəticəsini açıqlayıb. Söhbət mövcud quraşdırılmış FUDO PAM (Privileged Access Management) üçün texniki dəstək müddətinin uzadılmasından gedir.

Bununla bağlı keçirilmiş müsabiqəni isə “Azərpoçt”un köhnə “müştərisi” “JET İNFORMASİYA SİSTEMLƏRİ” MMC qazanıb. Tərəflər arasında 37 min 909 manatlıq satınalma müqaviləsi imzalanıb.

Qeyd edək ki, hələ üç ay bundan əvvəl, ötən ilin dekabrın 18-də də “JET İNFORMASİYA SİSTEMLƏRİ” MMC ilə “Azərpoçt” arasında başqa bir müqavilə bağlanılıb. “Mövcud Eset Protect Essential lisenziyasının advanced versiyasına keçirilməsinin və mövcud ESET Mail Security üçün lisenziyaların uzadılmasının satın alınması” adlanan bu satınalma üzrə tərəflər arasında 153 min 105 manatlıq müqavilə imzalanıb.

Qeyd edək ki, şirkət hazırda Səməd Vurğun küçəsində yerləşən Aff Mallda otursa da, hüquqi ünvanı Süleyman Rəhimov küçəsi 154-də yerləşir. Şirkətin qanuni təmsilçisi barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Hətta öz saytlarında da bu barədə yazmayıblar.

Onu da diqqətinizə çatdıraq ki, “JET İNFORMASİYA SİSTEMLƏRİ” MMC-nin rəmis https://jetinfosys.az/ saytı yalnız ingilis dilindədir.

Azərbaycanda fəaliyyət göstərən, habelə Bakıda qeydiyyatda olan bu şirkətin rəsmi saytında Azərbaycan dili bölməsi belə yoxdur. Halbuki şirkətin bu hərəkəti Azərbaycan dilinə olan saymamazlıq kimi başa düşülməlidir. Çünki onlar Azərbaycanın dövlət dilinə hörmət etməli, həmin dildə məlumat bazası yaratmalıdırlar.(Tribunainfo.az)

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Onlar 1000 manata qədər cərimə oluna bilər
Onlar 1000 manata qədər cərimə oluna bilər
“Putyovka”ları altdan-altdan satırlar-Video
“Putyovka”ları altdan-altdan satırlar-Video
Daxil Kərimov yeni himayədar axtarışında?
Daxil Kərimov yeni himayədar axtarışında?
İlham Əliyev onları təltif etdi - Sərəncam
İlham Əliyev onları təltif etdi - Sərəncam