kanal1

9 nömrəli və 6 nömrəli internat məktəblərində nöqsanlar aşkarlandı -Elm və Təhsil Nazirliyinə müraciət olunacaq

Tarix:17-03-2025, 14:50
Baxış Sayı:0


İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Qrupunun üzvləri Elm və Təhsil Nazirliyinin nəznindəki E.Quliyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbində və E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbində nöqsanlar aşkarlayıb.

Planlı başçəkmələr zamanı müəssisələrin yataqxana, yeməkxana, tibb məntəqəsinə, sinif otaqları və digər inzibati otaqlarına baxış keçirilib, habelə uşaqların asudə vaxtının təşkili, qidalanma, içməli su təminatı və sənədləşmə işləri araşdırılıb.

İnternat məktəblərində təhsil alan uşaqların sayı artıb
Bu istiqamətdə Yenixeber.org-a daxil olan məlumata görə, hər iki müəssisədə uşaqlarla psixoloji işin aparılmasında istifadə olunan sənədlərdə məlumatların tam əks olunmadığı, 6 nömrəli Respublika xüsusi internat məktəbində bəzi dərman preparatlarının istifadə müddətinin bitdiyi, işıqlandırmanın normalara cavab vermədiyi, 9 nömrəli xüsusi internat məktəbində isə bəzi ərzaq məhsullarının yararlılıq müddətinin bitdiyi aşkar edilib.
Aşkar olunmuş problemlərlə bağlı müvafiq qanunvericilik və beynəlxalq sənədlərdə əks olunmuş tələblər diqqətə çatdırılmaqla, saxlanma şəraitinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.
Başçəkmə zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Elm və Təhsil Nazirliyinə müraciət olunacaq.
Qeyd edək ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi və 9 nömrəli xüsusi internat məktəbi (ağır nitq pozulmaları olan uşaqlar üçün) fəaliyyət göstərir.

Yenixeber.org

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Onlar 1000 manata qədər cərimə oluna bilər
Onlar 1000 manata qədər cərimə oluna bilər
“Putyovka”ları altdan-altdan satırlar-Video
“Putyovka”ları altdan-altdan satırlar-Video
Daxil Kərimov yeni himayədar axtarışında?
Daxil Kərimov yeni himayədar axtarışında?
İlham Əliyev onları təltif etdi - Sərəncam
İlham Əliyev onları təltif etdi - Sərəncam